Bu şəhərdə “xruşşovkalar” vaxtında sökülməsə, həmin binalarda yaşayan 130 min əhali evsizlik problemi ilə üzləşəcək”
Region “Tiflisdəki “xruşşovkalar” vaxtında sökülməsə, həmin binalarda yaşayan 130 min əhali evsizlik problemi ilə üzləşəcək”. Bunu Tiflis şəhər sovetinin sədri İrakli Şixiaşvili deyib. Onun sözlərinə görə, 2014-cü ilin fevralından başlayaraq yaşayış evlərinin möhkəmlənməsinə başlanılacaq. “75 binanın layihə işləri üçün elan edilən tender bu yaxınlarda sona çatacaq, sonra isə 50 binanın tenderinə start veriləcək. Mən Çexiyada bu işləri görmək üçün bəzi iş adamları ilə görüşdüm. Onlar dekabrın 2-də Tiflisə gələcək. Biz əsasən iki istiqamətdə iş görmək istəyirik.
Birincisi, köhnə Tiflisin bərpası və qorunması, ikincisi isə “xruşşovkalar”dan azad olunması planını həyata keçirəcəyik. Bütün bu işlər üçün şəhər soveti 35 milyon larinin ayrılmasını nəzərdə tutur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?