Gəncənin Baş Planına əsasən, şəhərin mərkəzindəki bəzi yaşayış evləri söküləcək. Bunu Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev deyib.
E. Vəliyev bildirib ki, “Gəncə Bazar” ASC-nin ətrafında olan həyət evləri söküləcək, onların yerində çoxmərtəbəli binalar inşa ediləcək. “Gəncənin Baş Planı var. Şəhərin mərkəzindəki bazar şəhərin başqa yerinə köçürüləcək. Artıq yeni bazarda tikinti işləri sürətlənib. Köhnə bazarın ətrafındakı həyət evləri isə ləğv ediləcək. Sözsüz ki, orada yaşayan sakinlərə başqa yerlərdə ev verilmək şərti ilə...” -deyə E. Vəliyev bildirib.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu prosesə çoxdan başlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?