MİS-lər sakinlərindən mənzil, kanalizasiya və məişət tullantıları pulu yığmaq üçündür?
Hadisə Tüstü bacalarının vaxtlı -vaxtında təmizlənməməsi əməlli-başlı problemə çevrilib. Əsas narahatlıq doğuran məsələ isə dəm qazından boğulma hallarının sayının durmadan artmasıdır. Elə təkcə bu ilin müvafiq dövrü ərzində dəm qazından 260 nəfər zəhərlənib. Əslində yaşayış binalarının sakinlərindən mənzil, kanalizasiya və məişət tullantılarının pulunu yığan JEK adlanan qurumlar bu işdə maraqlı olmalıdırlar. Amma təəssüf ki, bacaların illərlə təmizlənməməsi onları narahat etmir. Amma his-pas basmış tüstü bacalarının yaratdığı fəsadlar sakinləri narahat edir.
Keçmişdə könüllü yanğından mühafizə idarələri, yəni dosaf deyilən qurumlar fəaliyyət göstərirdi ki, mənzil istismar sahələri bu tip idarələrlə müqavilə bağlayaraq müəyyən işlər həyata keçirirdi.
Mütəxəssis deyir ki, əvvəl mənzillərdə mətbəx və vanna otaqlarındakı tüstü borularını bacadan ayırıb müxtəlif maddələrlə bacaları təmizləyirlər. Mənzildə işləri yekunlaşdırdıqdan sonra binanın damına çıxıb hər bir mənzilin tüstü bacasını təmizləməklə işlərini davam etdirirlər.
Mütəxəssis onu da bildirdi ki, ən azı ildə iki dəfə, yəni altı aydan bir tüstü bacaları təmizlənmələdir ki, sonradan sakinlər xoşagəlməz hallarla qarşılaşmasınlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?