“Tağı Əhmədov özü də qeyd etdi ki, o, icraçıdır və bu məsələ onun səlahiyyətlərinə aid deyil. Nə vaxt göstəriş verilsə, qəzet satışı da o vaxt bərpa olunacaq”.
Bu sözləri “Axar.az”a açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Nəzakət Tarıverdiyeva metropolitan ərazisində qəzet satışının bərpa olunub-olunmayacağı barədə sualı cavablandırarkən dedi.
Xatırladaq ki, bir müddət əvvəl metro keçidlərində qəzet, kitab və jurnal satışı dayandırdı. Bakı Metropoliteni buna səbəb kimi “Metro-Servis”in müqaviləni pozaraq, fəaliyyətini dayandırmasını əsas göstərdi. “Metro-Serviz”in direktoru Bəkir Cəfərov isə şirkətin təsisçisinin Tağı Əhmədov olduğunu və fəaliyyətin də onun iradəsi ilə dayandırıldığını açıqladı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?