ANS telekanalının “Xəbərçi” buraxılışında Bakı metropoliteninin rəisi Tağı Əhmədovla bağlı süjet efirə verilib. Süjetdə Tağı Əhmədov “mətbuat”ın düşməni adlandırılıb. “O, Azərbaycan jurnalistlərinə göstərdiyi münasibətlə bütün rekordları qırıb. Ola bilər ki, Tağı Əhmədov peşə fəaliyyəti əlaqədar yerin altında daha çox vaxt keçirir. Görünür, yerin üstündəki mədəniyyət normaları ilə yerin altındakı normalar arasında böyük fərq var”, - “Xəbərçi”də deyilib.
Süjetdə qəzetlərin Bakının metro stansiyalarında satılmasına yaradılan əngəllərdən də danışılıb, metro keçidlərində qəzet əvəzinə alt paltarına qədər hər şeyin satıldığı deyilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?