GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda görünməmiş hadisə: qardaş bacını zorladı, uşağı oldu

Azərbaycanda görünməmiş hadisə: qardaş bacını zorladı, uşağı oldu

Tarix: 27-11-2013, 16:50 Bölmə :Ölkə Baxış: 2 609
Azərbaycanda görünməmiş hadisə: qardaş bacını zorladı, uşağı oldu
Quba rayon sakini, 1993-cü il təvəllüdlü Seymur Əliyev (cinayət işində adı hallanan şəxslərin ad və soyadları şərti göstərilib) 2012-ci ilin mart ayının sonunda, saat 21:30 radələrində yaşadığı Quba rayonunda 1997-ci il təvəllüdlü bacısı Südabə ilə cinsi əlaqədə olmaq istəyib. O, bu məqsədini həyata keçirmək üçün bacısını öldürəcəyi ilə hədələyib. Seymur bacısını zorlayıb və qızlıq bəkarətini pozub.

Bu əməli ilə Seymur Əliyev Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədib. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Bacım yatan otağa getdim…”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur Əliyev ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, atası Sabir, analığı Samirə, qardaşı Samir və bacısı Südabə Zəbihə Quba rayonunda iki mərtəbəli evin 2-ci mərtəbəsində yaşayıblar: “Otaqların birində mən, qardaşım və bacım yatmışıq, digər otaqda isə atam və ögey anam yatıblar. 2012-ci ilin mart ayının sonlarında, axşam saat təxminən 20 radələrində işdən evə gəldim. Evdə təkcə bacım Südabə olmuşdu. Atam, anam və qardaşım ögey xalam Yasəməngilə qonaq getmişdilər. Bacım ilə birlikdə çörək yedik. Bundan sonra bacım yatmağa getdi. Saat 21 radələrində hal-hazırda hərbi xidmətdə olan dostlarım Füzuli və Vasiflə görüşmək üçün evdən məhəlləyə çıxdım. Məhəllədə təxminən bir saat dostlarım ilə vaxt keçirdikdən sonra evə qayıtdım. Təxminən saat 23-də atamgil evə qayıtdılar. Bir qədər atamgillə söhbət etdikdən sonra bacım yatan otağa yatmağa getdim. Yerdə döşəyin üstündə yatmışdım. Səhər yuxudan oyanıb atam ilə birlikdə işə getdim”.

“Bacımın uşaq doğması xəbərini eşitdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci il aprel ayının sonlarında hərbi xidmətə gedib: “Hərbi xidmətdə olarkən 2012-ci ilin dekabr ayında bacımın uşaq doğması xəbərini eşitdim. Bacım ilə münasibətim həmişə yaxşı olub. Bacı-qardaş kimi bir-birimizi çox istəmişik. Bacımı zorlamamışam, bacım ilə cinsi əlaqədə olmamışam, bacıma qarşı heç bir əxlaqsız hərəkət etməmişəm. Əgər Südabəyə qarşı hansısa bir əxlaqsız hərəkət etmişəm və onu qorxudaraq bu hərəkət barədə heç kimə deməməyimi tapşırmışdımsa hərbi xidmətdə olarkən valideynlərimə deyərdi. Bacım yalan danışır, üstümə şər atır. Bacımın mənə böhtan atmasının səbəbini bilmirəm. Bacımın başqa bir oğlanla görüşdüyünü görməmişəm və eşitməmişəm”.

“Soyunub-geyinərkən bir-birimizdən utanmamışıq”

Teleqraf.com-un araşdırmalarına görə, məhkəmədə zərərçəkmiş şəxs qismində Südabə Əliyeva da ifadə verib. O, bildirib ki, 1997-ci ildə anadan olub: “Orta məktəbdə 5-ci sinifə kimi, yəni 11 yaşımadək oxumuşam. Valideynlərim ilə, qardaşlarım Seymur və Samirlə münasibətim həmişə yaxşı olub. 2012-ci ilin mart ayının sonlarında təxminən saat 14 radələrində atam Sabir, analığım Samirə və kiçik qardaşım Samir qonşu kənddə yaşayan ögey xalam Yasəmənin evinə qonaq getmişdilər. Həmin vaxt böyük qardaşım Seymur evdə deyildi. O, Quba şəhər bazarında atamın işlətdiyi dükanda idi. Axşam saat 19 radələrində Seymur işdən evə gəldi. İkimiz birlikdə yemək yedik. Həmin vaxt Seymur mənə bir söz demədi. Sonra süfrəni yığışdırdım. Saat təxminən 21 radələrində yataq otağına getdim, soyunaraq çarpayıya uzandım. Təxminən 5-10 dəqiqə sonra Seymur həmin otağa gəldi. Seymur soyunaraq yerdə sərilmiş döşəyə uzandı. Uşaqlıqdan bir otaqda qaldığımız üçün soyunub-geyinərkən bir-birimizdən utanmamışıq”.

“Qardaşım “qışqırma, yoxsa səni öldürəcəyəm” dedi”

Qardaşı zərəfindən təcavüzə məruz qalan qız daha sonra başına gələnləri belə danışıb: “Seymur yerinə uzanarkən mənə bir söz demədi. Həmin vaxt mən də yuxuya getdim. Yuxuda olduğum zaman birdən kiminsə üstümdə olduğunu hiss etdim. Diksinərək yuxudan oyananda qardaşımın üstümdə olduğunu gördüm. Seymura “neyləyirsən, üstümdən dur” dedim. Seymursa mənə “səsini çıxarma, sakit dur” dedi. Qardaşımdan qışqıraraq üstümdən durmasını tələb etdim. Qardaşım “qışqırma yoxsa səni öldürəcəm” bildirdi. Zorla əynimdəki tumanı çıxartmağa başladı…”.

“Qışqırı, ağlayırdım, qardaşıma yalvarırdım ki, məni zorlamasın”

Südabə daha sonra bildirib ki, həmin vaxt qışqırmaq istəsə də, qardaşı əli ilə onun ağzını tutub: “Mən qardaşımı üstümdən itələməyə çalışdım. Qardaşım qollarımdan tutaraq burdu , çarpayıya sıxdı. Əllərimi sinəmə sıxaraq bel nahiyəmə tərəf qatladı. Qardaşım “sakit dur” deyə-deyə məni zorladı. Qışqırır, ağlayırdım, qardaşıma yalvarırdım ki, məni zorlamasın. Ağlaya-ağlaya qardaşımdan üstümdən durmasını deyirdim. Qardaşım əli ilə ağzımdan tutdu və mənə təcavüz etməkdə davam etdi. Məni zorlayandan sonra qardaşım “bunu kiməsə danışsan, səni öldürəcəm” dedi və otaqdan çıxdı. Mən isə çarpayıda oturub ağladım. Qardaşım yenə də otağa gəldi və yenidən mənə “bunu kiməsə danışsan, səni öldürəcəm” dedi və sonra yatdı”.

“Özünü elə apardı ki, guya aramızda heç həmin şey olmayıb”

Südabənin sözlərinə görə, səhəri gün atasını, analığını və kiçik qardaşını görüb: “Yatdığım üçün gecə onların evə qayıtmasından xəbərim olmayıb. Qorxumdan valideynlərimə və heç kimə hadisəni danışmadım. Bundan sonra Seymur mənimlə daha cinsi əlaqədə olmadı. Aramızda həmin gecə baş verənlər barədə və ümumiyyətlə cinsi əlaqə barədə söhbət olmayıb. Qardaşım olanlar barədə daha bir söz demədi, özünü elə apardı ki, guya aramızda heç həmin şey olmayıb”.

“Həkimlər hamilə olduğumu, uşağım olacağını dedilər”

Zərərçəkmiş qız daha sonra ifadəsində qeyd edib ki, 2012-ci ilin aprel ayının sonlarında Seymur Bakı şəhərinə hərbi xidmətə gedib: “Qardaşım məni öldürməklə hədələdiyi üçün qorxumdan heç kimə bu barədə bir söz demədim. Bir neçə aydan sonra yay aylarında qarnımın şişməyə başlamasını hiss etdim. Uşağın necə əmələ gəlməsini, kişi ilə qadının cinsi əlaqədə olması nəticəsində uşaq əmələ gəldiyini bilməmişəm. Ona görə də qarnım şişdiyi üçün kökəldiyimi zənn etdim. Uşağım olacağını bilməmişəm. Ögey anam kökəldiyimi dedi. 2012-ci ilin dekabr ayının 10-da yatan vaxtı qarnımdan ağrılar, sancılar hiss etməyə başladım. Qarnımın yeməkdən ağrıdığını zənn etdim. Səhər ağrılar artdığı üçün analığıma bu barədə dedim. Analığım atama zəng etdi, ağrılarımın olmasını dedi. Atam evə gəldi. Birlikdə Quba rayon mərkəzi xəstəxanasına gəldik. Xəstəxanada müayinə edildikdən sonra həkimlər hamilə olduğumu, uşağım olacağını dedilər. Valideynlərim kiminlə yaxınlıq etdiyimi soruşdular. Əvvəl deməyə qorxdum. Lakin valideynlərim məni danlayandan sonra qardaşım Seymurun mənə qarşı etdiyi hərəkətləri danışdım”.

“Övladlarım arasında narazılıq hiss etməmişəm”

Məhkəmədə Seymurun və Südabənin atası Sabir kişi də ifadə verib. O, qeyd edib ki, 1993-cü il təvəllüdlü Seymur adlı, 1995-ci il təvəllüdlü Samir adlı oğulları və 1997-ci il təvəllüdlü Südabə adlı qızı dünyaya gəlib: “Uşaqlarımın hər üçü birinci arvadım Nəzakətdəndir. 1997-ci ildə Nəzakətdən ayrıldıqdan sonra Samirə adlı qadınla ailə qurmuşam. Yaşadığımız eviki mərtəbəli olmaqla hər mərtəbədə iki otaq olub. İkinci mərtəbədə olan otaqlardan birində mən və Samirə, digər otaqda isə oğullarım və qızım yatırdılar. Övladlarım həmişə bir-biri ilə mehriban olub. Övladlarım arasında narazılıq hiss etməmişəm, bacı-qardaş münasibətlərində olublar. 2012-ci ilin aprel ayının sonlarında böyük oğlum Seymur hərbi xidmətə çağırılıb. Bakı şəhərində yerləşən hərbi hissələrin birində xidmət edib”.

“Bu xəbər mənim üçün gözlənilməz və ağır oldu”

Sabir kişinin sözlərinə görə, 2012-ci ilin dekabrın 10-da, təxminən saat 10 radələrində Quba şəhər bazarında olarkən arvadı Samirə zəng edib: “Arvadım qızım Südabənin sancılandığını, qarın ağrılarının olduğunu dedi. Dərhal evə getdim. Samirə ilə birlikdə qızımı Quba rayon mərkəzi xəstəxanasına gətirdik. Orada qızımı müayinədən keçərən həkim 35 həftəlik hamilə olduğunu dedi. Bu xəbər mənim üçün gözlənilməz və ağır oldu. Qızımdan kimdən hamilə qaldığını soruşdum. Qızım əvvəlcə heç nəyi etiraf etmək istəmədi. Bir qədər sonra arvadıma 2012-ci ilin mart ayının axırlarında qardaşı Seymurun onunla zorla cinsi əlaqədə olmasını dedi. Bu xəbər mənim üçün daha da ağır və gözlənilməz oldu. Həmin gün saat 15 radələlərində Südabə qız uşağı doğdu”.

“Qızım yalan danışır, oğlumun üstünə şər atır”

Sabir Əliyev daha sonra bildirib ki, arvadı və kiçik oğlu ilə həqiqətən də 2012-ci ilin mart ayının sonlarında, günorta saatlarında Vəlvələ kəndində yaşayan baldızı Yasəməngilə qonaq gediblər: “Elə həmin gün saat 21 radələrində yaşadığım kəndə qayıtmışıq. Biz evə qayıdarkən qapını oğlum Seymur açdı. Qızım isə həmin vaxt yatmışdı. Həmin vaxt qızımın oğlum tərəfindən zorlanmasını, ümumiyyətlə, qeyri-adi nəyinsə baş verməsini hiss etməmişəm. Qızım yalan danışır, oğlumun üstünə şər atır. Südabə Seymurun həmin hərəkəti barədə heç nə deməyib. Bu barədə oğlum hərbi xidmətdə olarkən mənə və ya analığına deməli idi. Əksinə Südabə Seymur əsgərlikdə olarkən dəfələrlə onunla mobil telefon vasitəsi ilə danışıb, Seymurun hərbi andiçmə mərasimində iştirak edib, oğlum məzuniyyətdə olarkən də onunla çox mehriban və normal münasibətdə olub. Düşünürəm ki, Südabə başqası ilə cinsi əlaqədə olub və qızımın dünyaya gətirdiyi uşaq da başqasından olub. Südabə Seymurun hərbi xidmətdə olmasını və hərbi xidmətdə olduğu üçün də tutulmayacağını güman etdiyi üçün öz ifadələrində Seymur ərəfindən zorlanmasını göstərib”.

“Elmar sevgilim olub, məni zorlamayıb”

Sabir Əliyev daha sonra bildirib ki, hadisədən bir müddət sonra arvadı ilə birlikdə qızının yatdığı çarpayının altından üzərində “sevgilim Elmar” sözləri yazılmış kağız parçası da tapıblar. Südabə Əliyeva məhkəmədə verdiyi əlavə ifadəsində bildirib ki, hadisə baş verən ərəfədə 14 yaşı təzəcə tamam olduğu üçün kişi ilə qadının cinsi əlaqədə olmasının mahiyyətini dərk etməyib: “Kişi ilə qadının cinsi əlaqədə olması nəticəsində uşaq əmələ gəldiyini bilməmişəm. Eyni zamanda qardaşım Seymur məni zorladıqdan sonra öldürəcəyi ilə hədələyib. Qorxumdan bu barədə heç kimə bir söz deməmişəm. Yatdığım çarpayının altından üzərinə “sevgilim Elmar” sözləri yazılmış kağız parçası mənə məxsus olub. Həmkəndlim Elmarı həqiqətən də sevmişəm. Elmarla bir dəfə həyətimizdə görüşmüşəm. Elmar üzümdən öpüb. Lakin heç bir zaman Elmarla hər hansı bir əlaqədə olmamışam. Elmar sevgilim olub, məni zorlamayıb. Mən qardaşım Seymuru çox istəyirdim. Heç kəs məcbur edə bilməzdi ki, qardaşıma böhtan atım. Qardaşım da, atam da yalan danışır”.

Cinayət işinin materiallarına görə, doğulaan qızın qan qrupunun yoxlanılması məqsədlilə məhkəmə tibbi-bioloji ekspertizası keçirilib. Ekspertizanın rəyinə görə, Südabənin dünyaya gətirdiyi qız uşağı qardaşı Seymurdan olub, onun atalıq faktı təsdiq edilib. Məhkəmənin hökmü ilə Seymur Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. (Teleqraf.com)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokuror Seymur Həziyevə cəza istəyib

    Prokuror Seymur Həziyevə cəza istəyib ...

    22-01-2015, 20:53

  • 
  • Seymur Həziyevin həbsinə səbəb olan şəxs də həbs edildi...

    Seymur Həziyevin həbsinə səbəb olan şəxs də həbs ...

    6-09-2014, 13:09

  • 
  • Qardaş bacısını dəsmalla boğaraq öldürdü - BAKIDA

    Qardaş bacısını dəsmalla boğaraq öldürdü - BAKIDA ...

    23-12-2014, 13:00

  • 
  • Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxundu - Siyahı

    Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə ...

    1-04-2016, 13:03

  • 
  • “Dedim ki, mənimlə olmasan, səni biabir edəcəm”- Şamaxıda tükürpədən olay

    “Dedim ki, mənimlə olmasan, səni biabir edəcəm”- ...

    28-11-2014, 23:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu