GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şəmkirdə məhkəmə hakiminə rüşvət alır

Şəmkirdə məhkəmə hakiminə rüşvət alır

Tarix: 28-11-2013, 21:16 Bölmə :Ölkə Baxış: 1 070
Şəmkirdə məhkəmə hakiminə rüşvət alır
Şəmkir sakinindən məhkəmə hakiminə şok rüşvət ittihamı

Haqqı tapdanan vətəndaş hakimin rüşvətlə qərar verdiyini iddia edir

Redaksiyamıza ilginc ittihamlarla dolu bir şikayət məktubu daxil olub. “Gündəm Xəbər” qəzetinə göndərilən materiallardan aydın olur ki, 2 noyabr 2012-ci il tarixdə Şəmkir rayonu Düyərli kənd sakini Qurbanov Samir Hidayət oğlu idarə etdiyi “VAZ-21043” markalı 05-BD-981 dövlət № nişanlı avtomobillə saat 23:30 radələrində Bakı-Qazax magistral avtomobil yolunun 408-ci km-də Bakı istiqamətində hərəkətdə olarkən, arxadan yuksək sürətlə gələn avtomobil onun idarə etdiyi avtomobili arxadan vurmuşdur. Nəticədə onun avtomobili çox ciddi sürətdə zədələnmiş, deformasiyaya uğrayaraq dəmir xurdası halına, yəni bütövlüklə yararsız hala düşmüşdür.
Qəzadan sonra arxadan vurulmuş VAZ-21043 markalı avtomobil bu vəziyyətə düşmüşdür. Arxadan gələn avtomobilin sürəti saatda 150/170 km saat olmalıdır ki, zərbənin nəticəsində avtomobil bu vəziyyətə düşsün. Bunu bilmək üçün “ekspert” olmağa ehtiyac yoxdur, bu rəsmə baxmaq kifayət edir.
Hadisə yerinə gəlmiş Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları hadisəni sənədləşdirmişlər. Sənədləşdirmə zamanı Protokol tərtib edilmiş, məlum olmuşdur ki, Şəmkir rayonu Düyərli kənd sakini Qurbanov Samir Hidayət oğlunun idarə etdiyi “VAZ-21043” markalı 05-BD-981 dövlət № nişanlı avtomobili arxadan vuran 28.07.1985-ci ildə Ağstafa şəhəri M.Allahverdiyev küçəsi ev- 64 mənzil 6 ünvanda yaşayan Bayramov Kənan Məhərrəm oğlu olmuşdur.
Bayramov Kənan Məhərrəm oğlu hadisəni idarə etdiyi “Mersedes-Bens C-180” markalı 05-BD-981 dövlət № nişanlı avtomobili ağır sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, çox yüksək sürətlə idarə etdiyi üçün törətmişdir.
Şəmkir rayonu Düyərli kənd sakini Qurbanov Samir Hidayət oğlunun idarə etdiyi “VAZ-21043” markalı avtomobilə, hadisə nəticəsində dəymiş ziyan haqqında Şəmkir Rayon Polis Şöbəsinə “Şəmkir-Avtoservis” ATSC-nin baş mühəndisi Z.Süleymanovun imzası və SERVİSİN möhürü ilə təsdiq edilmiş arayış təqdim edilmişdir.
Arayışda deyilir;---- Verilir Şəmkir rayon Dövlət yol Polis Bölməsinə ondan ötəri ki, mənə təqdim olunmuş VAZ-21004 markalı 05-BD-981 dövlət № nişanlı avtomobilə baxış keçirərək avtomobilə dəymiş ziyanı aşağıdakı qaydada müəyyən etdim. (18 detalın adı göstərilir) Arayışda avtomobilə cəmi 2805 manat ziyan dəydiyi qeyd edilir.
Şəmkir rayon Polis Şöbəsində bu hadisə ilə bağlı araşdırmanın nəticəsi barədə, saxtakarlığa yol verilib-verilməməsi, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər haqqında yaxın günlərdə sizlərə geniş məlumat verəcəyik. Araşdırmalarımız davam edir.
Şəmkir rayon Polis Şöbəsi işi sənədlişdirmiş Şəmkir rayon məhkəməsinə göndərmişdir
02 noyabr 2012 ci il tarixdə baş vermiş hadisə haqqında 30 noyabr 2012-ci il tarixdə Şəmkir rayon Məhkəməsində hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi ilə, İnzibati xəta törətmiş Bayramov Kənan Məhərrəm oğlunun iştirakı ilə işə baxılmışdır.
QƏRARDA- qeyd olunur. AR-sı İnzibati Xətalar Məcəlləsinin 152-2.3 cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında acıq məhkəmə iclasında baxaraq müəyyən etdi.
Bayramov Kənan Məhərrəm oğlu 02 noyabr 2012-ci il tarixdə saat 23:30 radələrində sərxoş vəziyyətdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, idarə etdiyi “Mersedes-Bens C-180” markalı 05-BD-981 dövlət № nişanlı avtomaşınla Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, Bakı-Qazax magistral yolunun 408-ci km-də Şəmkir rayonu Düyərli kəndi ərazisində düzgün ara məsafəsi seçməmiş və qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan VAZ-21004 markalı 05-BD-981 dövlət № nişanlı avtomaşını arxa hissədən vürmuşdur. Nəticədə Qurbanov Samir Hidayət oğlunun idarə etdiyi “VAZ-21043” markalı 05-BD-981 dövlət № nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. (Hakim ziyan vurulduğunu qərarında təsdiqləyir)
Bayramov Kənan Məhərrəm oğlu həmin hərəkətləri ilə AR-nın İnzibati Xətalar Məcəlləsinin 152-2.3 cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
Məhkəmə qərarının 4-cü abzasında qeyd edilir;--Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Kənan Bayramovun izahatını , inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Bayramov Kənan Məhərrəm oğlunun ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir.
Qeyd olunanlara əsasən və AR-sı İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362, 365, 425, 430, 432 ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI.
Bayramov Kənan Məhərrəm oğlu AR-nın İnzibati Xətalar Məcəlləsinin 152-2.3 cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2 (iki) gün müddətinə inzibati qaydada həbs edilsin. HAKİM QALİB PAŞAYEV.
Redaksiyamıza bu barədə şikayət edən Şəmkir rayonu Düyərli kəndi sakini Qurbanov Samir Hidayət oğlu iddia edir ki, Şəmkir rayon Məhkəməsinin hakimi Qalib Paşayevin bu qərarı rüşvət qarşılığında verib. Vətəndaş “Gündəm Xəbər” qəzetinə yazır: “Belə ki, yuxarıda qeyd olunan AR-sı İnzibati Xətalar Məcəlləsinin 152-2.3 cü maddəsində göstərilir;
152-2.3. Bu Məcəllənin 152-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - səkkiz yüz manat miqdarında cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
Hakim Qalib Paşayevin qərarında Bayramov Kənan Məhərrəm oğlunun sərxoş vəziyyətdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, inzibati xətanı törətməsi və zərərçəkmişin avtomobilinə maddi ziyan vurulması tam sübuta yetirilir. Bu sübutlardan sonra hadisəni törətmiş Kənan Bayramov AR-sı qanunvericiliyinin bir neçə maddəsi ilə mühakimə olunmalı idi.
Hakimin istinad etdiyi 152-2.3 cü maddə, yuxarıda verdiyi qərarla uyğunlaşmır, həmin maddədə 800 manat cərimə və yaxud da 15 sutka həbs tətbiq olunmalı olduğu halda, sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan, yüksək sürət, 2805 manat maddi zərər vuran K.Bayramova hakimin qərarı ilə 2 günlük həbs verilir, bununla da hakim tərəfindən işə yekun vurulur. Digər tərəfdən zərərçəkmişin AR-sı Konstitusiyası ilə qorunan hüquqları gobud şəkildə pozulur, ona dəymiş 2805 manat haqqında bir kəlmə də olsa hakimin qərarında söz açılmır. Şəmkir hüquq mühafizə orqanları, Şəmkir rayon məhkəməsinin hakimi Qalib Paşayev AR-sı vətəndaşlarının hüquqlarını qorumaq əvəzinə onların hüquqlarını pozurlar, buradan məlum olur, belə nəticəyə gəlirik ki, Şəmkir rayon Polis Şöbəsi və Şəmkir rayon Məhkəməsinin hakimi Qalib Paşayev əlbir olaraq rüşvət qarşılığında zərərçəkmişin hüquqlarını pozaraq bu məsələni ört-bastır etmişlər.
Aidiyyəti qurumların bu məsələni ciddi şəkildə araşdırmalarını xahiş edirik”.
Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Fəxri QAYALI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı-Qazax yolunda ağır qəza: ölən və yaralanan var (FOTO)

    Bakı-Qazax yolunda ağır qəza: ölən və yaralanan ...

    26-11-2013, 00:47

  • 
  • Yoldan çıxaraq dəmir məhəccərə çırpılan avtomobil alışıb

    Yoldan çıxaraq dəmir məhəccərə çırpılan avtomobil ...

    13-09-2015, 13:52

  • 
  • Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və yaralanan var.

    Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən və ...

    28-12-2014, 00:23

  • 
  • Şəkidə avtomobil hasara çırpıldı

    Şəkidə avtomobil hasara çırpıldı ...

    3-09-2015, 21:55

  • 
  • Şəmkirdə "Ford" "Mersedes"lə toqquşdu: 4 yaralı

    Şəmkirdə "Ford" "Mersedes"lə ...

    20-08-2015, 11:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu