Ali Məhkəmənin Plenumunda sabiq səhiyyə naziri Əli İnsanovla bağlı çıxarılan qərar hələ Əli İnsanova təqdim edilməyib.
Bu barədə məlumatı AzNews.az-a Əli İnsanovun vəkili Toğrul Babayev verib. Onun sözlərinə görə, Plenumun katibliyi qərarın 1 ay müddətində veriləcəyini bildirib ki, bu da dekabrın 15-dək mümkün olacaq.
Əli İnsanovla bağlı bundan sonra proseslərin hansı yöndə gedəcəyinə gəlincə isə vəkil bildirib ki, bu barədə Əli İnsanovla müzakirə aparır:
“Tez-tez görüşürük. Dünən də yanına getmişdim. Bu mövzuda müzakirə aparırq. Plenumun qərarını aldıqdan sonra nə edəcəyimiz məlum olacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?