Ebdul EBakı Apellyasiya Məhkəməsi Facebook fəalı Əbdül Əbilovu azadlığa buraxmayıb. Bu gün hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda Nərimanov Məhkəməsinin Ə.Əbilov haqqında 3 aylıq həbs qətimkan tədbiri seçən qərarı qüvvədə saxlanılıb.
Əbdül Əbilovu Media Hüququ İnstitutunun vəkillərindən Elçin Sadıqov müdafiə edir. Vəkil çıxışında apellyasiya şikayətini müdafiə edərək Ə.Əbilovun həbsinin qanunsuz olduğunu bildirib, rayon məhkəməsinin qərarının ləğv olunmasını tələb edib. İclasda iştirak edən Ə.Əbilov həbsinin motivləri barədə çıxış edib. Sosial şəbəkə fəalı məhkəmənin diqqətinə çatdırıb ki, şərlənib: “Məni “facebook”-dakı yazılarıma görə həbs etdilər. Evimizdə axtarış apararkən narkotik maddəni zorla cibimə qoyub sənədləşdirdilər. Məni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orda mənə psixoloji təzyiq etdilər, döyüb-söydülər. Zorla mənə qarşı irəli sürülən ittihamları təsdiqləyən ərizə yazmağa məcbur etdilər”.
Məhkəmə Əbdül Əbilovun, onun vəkilinin arqumentlərini nəzərə almayıb. Nərimanov Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Əbdül Əbilov ictimaiyyətə məktub göndərib. Sosial şəbəkə fəalı məktubunda yazır: “Vicdanı, əqidəsi, mənliyi olan hər bir insandan kömək gözləyirəm. Mənim günahım yoxdur. Mən şərlənmişəm”…
Məlumatda həmçinin qeyd olunur ki, Facebook-dakı “Yaltaqlara dur deyək” səhifəsinin, digər tənqidi resursların idarəçilərindən olan Əbdül Əbilov noyabr ayının 22-də DİN BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunub. Nərimanov Məhkəməsi noyabrın 23-də barəsində 3 aylıq həbs qətimkan tədbiri seçsə də, onu qanunsuz olaraq 3 gün DİN BMCMİ-də saxlayıblar. Ə.Əbilov noyabrın 27-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Ə.Əbilovun yaxınlarının verdiyi bilgiyə görə, onu yaşadığı mənzildə həbs ediblər. DİN BMCMİ-nin mənzildə axtarış aparan əməkdaşları Ə.Əbilovun cibinə narkotik maddə “atıblar”. Axtarış aparanlar özləri də Ə.Əbilovun saxlanılmasının əslində onun facebook-dakı fəallığı ilə bağlı olduğunu ifadə ediblər, ona məxsus olan noutbook-u özləri ilə aparıblar. Ə.Əbilov DİN
Sorğu
Yeni dizaynımız necədir?