Azərbaycanın Şuşa və Təbriz şəhərləri ilə bağlı maraqlı məlumat əldə etmişik. , Azərbaycanın qədim şəhəri olan Təbrizin lap əvvəlki adı Şuşa olub.
Qeyd edək ki, bu barədə Avstriya Elmlər Akademiyasının tarixçisi, Johannes Preiser-Kapeller adlı tədqiqatçı özünün orta əsrlər Təbrizinə aid araşdırma məqalələrində yazıb. Johannes Preiser-Kapeller həmin məqaləsində 1286-1331-ci illərdə yaşamış fransız səyyahı Odoricus de Portu Naonisa istinadən Təbrizin qədim adının Şuşa olduğunu bildirib.
Belə bir faktın olduğunu hazırda ABŞ-da elmi tədqiqat aparan Azərbaycan alimlərindən biri də təsdiqləyib və bu məsələni geniş şəkildə araşdıracağını bildirib.
Təbriz adına gəlincə, bu barədə mütəxəssislər indiyədək yekdil qərara gələ bilməyiblər. Bəzi tarixçilər Təbriz adının Tarui sözündən götürüldüyünü və bunun qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu ikiqat qala müasir Təbriz şəhərinin yerində olub
Onu da qeyd edək ki, Şuşa şəhərinin ilk məhəllələrindən biri Təbrizli məhəlləsidir. Bu məhəllənin sakinləri Təbrizdən Bayat qalasına, ordan Şahbulağa, ordan isə Şuşa şəhərinə gəliblər.
Bu barədə tarixçi Mirzə Camal Qarabağinin əsərlərində tarixi faktlar var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?