İqtisadçı Qubad İbadoğlu tezliklə benzinlə yanaşı elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də bahalaşdırılacağını söyləyib. Ekspert belə bir açıqlama ilə öz “feysbuk” səhifəsində çıxış edib.
O, bununla da Tarif Şurasının Azərbaycan Respublikasının qanunlarına zidd hərəkət etdiyini vurğulayıb. “Tarif Şurası"Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu"nun prinsiplərinə və "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə" nin 3.15-ci maddəsinə əməl etmədən qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmadan və ya aparsa da onun nəticələrini ictimaiyyətlə bölüşmədən yeni qiymət artımına əsassız qərar verdi”.
Ekspert belə artımlarını davamlı olacağını bildirib. Q.İbadoğlu bununla da əsasən vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girməyə üstünlük verildiyini yazıb. “Əsasən də iri vergi ödəyicilərinin ( o cümlədən də “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu” ASC) maliyyə intizamsızlığı hesabına yaranan 2,4 milyard manatlıq borcu büdcəyə yığa bilməyən hökümət aksizləri, ƏDV və sair istehlak vergiləri üzrə vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girmək siyasətinə üstünlük verir”. Ekspert bu templə gələn il ölkədə inflyasiyasiyanın 2 rəqəmli olacağının qaçınılmaz olduğunu bildirib. - See more at: http://axar.az/news/3161#sthash.l72fpkoS.dpuf
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?