Yasamal rayon Pokurorluğundan verilən məlumata görə, dünən axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu sakini, 1981-ci il təvəllüdlü Ələkbərov Sahib Nurəddin oğlu DİN-in 102 xidmətinə zəng vuraraq "50 manat təqaüd aldığını, yanacağın qalxmasına, maddi imkanının olmamasına və Sosial Müdafiə Fondundan yardım almadığına görə Azpetrol yanacaqdoldurma məntəqəsini və Sosial Müdafiə Fondunu partlada biləcəyini, çevriliş edə biləcəyini, heç kimdən qorxmadığını" bildirib.
Məlumat əsasında Yasamal RPİ-nin təhqiqat bölməsində ilkin araşdırma zamanı müəyyən edilib ki, Sahib Ələkbərov 2012-ci il tarixdən Ruhi Əsəb Dispanserində qeydiyyatdadır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?