Mikayıl Cabbarov: "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələr müzakirə olunacaq"
Təhsil Azərbaycan müəllimlərinin XIV qurultayının keçirilmə vaxtı açıqlanıb. Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, ənənəvi olaraq 5 ildən bir Azərbaycan müəllimlərinin qurultayı keçirilir.
Nazirin sözlərinə görə, bu il Azərbaycan müəllimlərinin XIV qurultayının dekabrın 14-də keçirilməsi müəyyənləşib. M. Cabbarov vurğulayıb ki, qurultayda əsas olaraq Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, hədəflərin həyata keçirilməsi müzakirə olunacaq.
Bundan əlavə, təhsilin digər pillələrinə uyğun islahatların həyata keçirilməsi, nəticələrin təhlili işi həyata keçiriləcək.
Sorğu
Yeni dizaynımız necədir?