Gürcüstanda bir neçə nazir və hakim partiyanın nümayəndələri yol hərəkəti qaydalarını pozduqlarına görə patrul polisi tərəfindən cərimələnib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər naziri İrakli Qaribaşvili “Rustavi-2” televiziyasının efirindən bildirib.
Qaribaşvili, vəzifələrindən və hansı partiyaya mənsub olmalarından asılı olmayaraq hamının qanun qarşısında bərabər olduğunu və qaydanı pozanların cəza alacağını bildirib.
Qaribaşvili qeyd edib ki, hazırda baş prokurorluqda polisin fəaliyyəti araşdırılır. “Bu mənim marağımdadır ki, bütün işlər araşdırılsın. Əgər polis vəzifəsindən sui-istifadə edibsə və özləri qanunu pozublarsa, biz buna da adekvat cavab verəcəyik,” nazir bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?