Bakıda stomatoloji kabinetdə baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.
Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.
Qeyd edək ki, bu gün Bakıda stomatoloji kabinetdə ölüm hadisəsi baş verib. "VİP Dental" stomatoloji kabinetində dişlərini müalicə etdirən 1966-cı il təvəllüdlü Elçin Məmmədov iynə vurulandan sonra qəflətən vəfat edib. Dünyasını dəyişən şəxsin ölümünün səbəblərini müəyyənləşdirilməsi üçün mərhumun meyiti ekspertizaya göndərilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, xəstəyə dişində əməliyyat aparılması üçün iynə vurulduqdan sonra anafilaktik şok yaranıb və həmin şəxs çox böyük ehtimalla şokdan ölüb: “Hadisə özəl tibb müəssisəsində baş verib. Pasiyentin ölmə səbəbinin anafilaktik şokdan baş verməsi ehtimal olunsa da, dəqiq səbəbləri tibbi ekspertizanın rəyindən sonra məlum olacaq”.
*** 15:50 Bu gün Bakıda özəl stomotoloji kabinetdə pasiyentin ölümü baş verib. 47 yaşlı Elcin Məmmədov Bakıda yerləşən "Vipdental" stomatoloji kabinetində iynə vurulduqdan sonra dünyasını dəyişib. Bu barədə Trend-ə etibarlı mənbədən məlumat verilib.
Faktı təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, E.Məmmədovun dişində əməliyyatın aparılması üçün iynə vurulduqdan sonra pasiyentdə anafilaktik şok yaranıb və o, dünyasını dəyişib. Hadisədən 6 dəqiqə sonra təcili tibbi yardım briqadası ünvana gəlsə də, xəstəni xilas etmək mümkün olmayıb.
Xəstəninin ölümünə anafilaktik şokun səbəb olduğu təxmin edilir. Hazırda bu məsələ Səhiyyə Nazirliyi, eyni zamanda istintaq orqanları tərəfindən araşdırılır.
A.Qədirli bildirib ki, hər bir stomatoloji kabinetdə şok əleyhinə preparat olmalıdır. SN aparacağı araşdırma zamanı da bu kabinetdə şok əleyhinə preparatın olub-olmadığını öyrənəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?