Dünya Argentinanın paytaxtı Buenos-Ayresdə Milli Tanqo günü münasibətilə hazırlıq tədbirlərində minlərlə cütlük rəqs bacarıqlarını nümayiş etdirib. Ənənəvi olaraq 2005-ci ildən etibarən paytaxtın De Mayo prospekti boyunca keçirilən Tanqo müsabiqələri böyük marağa səbəb olur. Tanqo festivalında müxtəlif növlər - klassik tanqodan başlayaraq, tanqonun müasir növləri nümayiş etdirilir. Festivalda peşəkar tanqoçular xüsusi səhnədə rəqs etdiyi vaxt həvəskar cütlüklər küçələrdə öz bacarıqlarını nümayiş etdirir.
Bu ilki Tanqo festivalının 3 minədək cütlüyü cəlb edəcəyi gözlənilir. Milli Tanqo günü dekabrın 11-i qeyd olunacaq. 19-cu əsrin sonlarında Tanqo Uruqvayın paytaxtı Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranmış, lakin sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulub. Yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası həyatlarını anladırdılar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?