Əməkdar jurnalist özəl klinika açır. Uzun illər dövlət televiziyasında şöbə müdiri, İctimai Televiziya və Radio Yayımları Şirkətində "Koordinasiya və Proqram direktorluğu"nun direktoru işləmiş Rafiq Nəbiyev bu dəfə özünü tibb sahəsində sınamaq qərarına gəlib. Hazırda klinikanın yerləşəcəyi bina təmir olunur. Yeni klinika Yasamal rayonu ərazisindədir.
Xəbəri dəqiqləşdirməkdən ötrü AzNews.az Rafiq Nəbiyevlə əlaqə saxlayıb. O, klinikanın açılacağı ilə bağlı xəbəri təsdiqləyib. İranda olduğunu bildirən R.Nəbiyev hələ işlərin tamamlanmadığını da vurğulayıb: “İşlər hələ yarımçıqdır. Hazırda təmir gedir. Bəlkə heç lisenziya verilməyəcək, klinika tələblərinə uyğun olmayacaq? Odur ki, adından və fəaliyyətindən danışmaq hələ tezdir. Bakıya qayıdandan sonra danışarıq”.
Xatırladaq ki, Rafiq Nəbiyev İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru vəzifəsindən Cəmil Quliyev şirkətə direktor seçiləndən dərhal sonra çıxarılmışdı.
Sorğu
Yeni dizaynımız necədir?