ReAl Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunu işi üzrə məhkəmə prosesi bu gün - Beynəlxalq insan haqlarını müdafiə günü Şəkidə davam edib.
Hazırda Şəkidə olan ReAl Hərəkatı Məclisinin sədri natiq Cəfərli virtualaz.org saytının müxbiri ilə söhbətində deyib ki, İlqar Məmmədovun əhval-ruhiyyəsi yaxşıdır: “İlqar bəy onu dəstəkləyən hər kəsə təşəkkür və salamlarını çatdırmağımızı xahiş etdi. İlqar bəyin təəssüfləndiyi yeganə məsələ var. Bu da odur ki, o, hazırda Kiyevdə ola bilmədiyinə üzülür. İlqar bəy dedi ki, əgər azadlıqda olsaydım, indi Kiyevdə olar, aksiyada iştirak və çıxış edər, Ukrayna xalqının azadlıq və demokratiya uğrundakı mübarizəsində onu dəstəkləyərdim”.
N.Cəfərlinin sözlərinə görə, məhkəmə prosesi hələlik başlamayıb: “Təqsirləndirilən şəxslərin vəkilləri hələ gəlib Şəkiyə çatmayıblar. Onlar gələnə qədər fasilə elan olunub”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?