Şimali Qafqazdakı ictimai təşkilatların nümayəndələri cəmiyyətdəki İslamafobiya, ksenofobiya və anti-Qafqaz əhval-ruhiyyəyə qarşı Ümumrusiya mitinqi təşkil edəcək. Mitinq barədə qərar Mahaçqalada qəbul olunub. Bundan əlavə, Mərkəzi Asiya diasporaları da aksiyada iştirak etməyə hazır olduqlarını bildiriblər. İstisna deyil ki, təşkilatçılar aksiyanın Manej meydanında keçirilməsinə çalışacaq. Bu, 2010-cu ilin dekabrında Manej meydanında baş verən iğtişaşlara cavab olacaq. Həmin vaxt millətçilərin meydanda törətdikləri iğtişaşlarda 32 nəfər xəsarət almış, 80 nəfər saxlanılmışdı.
Şimali Qafqazdan olan ictimai təşkilat nümayəndələri məktəblərdə hicab qadağasının olmasını, məscidlərin tikilməsi üçün əngəllərin yaradılması və müsəlman aktivistlərin həbsinə etiraz edəcəklərini bildiriblər.
Biryulovo rayonuda baş verən kütləvi iğtişaşlar və tanınmış vəkil Murad Musayevə qarşı cinayət işinin açılmasından sonra mitinqin keçiriləmsinə ehtiyac duyan qafqazlılar cəmiyyətdə onlar barəsində yaranmış stereotiplərə və hüquqsuzluqlarına etiraz edəcəklər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?