Şərqdə ilk demokratuk dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə Bakı şəhərinin mərkəsində yerləşən Sahil bağında abidə qoyulması təklifi irəli sürülüb.
Sözügedən təklif Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyəti (AQHMC) tərəfindən səsləndirilib.
AQHMC-dən "Azadmekan"-a daxil olan məlumatda qeyd olunur ki, dekabrın 9-da keçirilən D.Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin İdarə Heyətinin iclasında M.Ə.Rəsulzadənin 130 illiyinin keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamı yüksək qiymətləndirilib: "İdarə Heyəti üzvləri təşəbbüslə çıxış edərək Sahil bağı (keçmiş 26-lar bağı ) adlanan sahədə Azərbaycan Cümhuriyyəti qurucularının xatirə abidəsinin qoyulmasını və həmin bağın “Cümhuriyyət Bağı" adlandırılması haqqında prezidentə müraciət etmək qərarı qəbul ediblər".
Bəyanatda abidə xatirəsinin qarşısında əbədi məşəlin qoyulması da təklif edilir: "Bu, bundan sonra gələcək nəsillərin yaddaşında cümhuriyyətimizin qurucularının xatirəsinin əbədi yaşaması üçün bizlərin övladlarımıza gec də olsa, ödəyəciyimiz borcdur".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?