Bakının Nəsimi rayonu ərazisində yerləşən qaçqın şəhərciyi yerlə-yeksan edildi. Hadisə şahidlərinin verdikləri məlumata görə, Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən məcburi köçkünlərin məskunlaşdıqları binaların sökülməsinə başlanıb. Söküntü işləri gecə və gündüz aparılır.
Nəsimi Rayon İcra Hakimiyyətinin qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Şəfəq Cəfərova Milli.Az-a açıqlamasında bildirdi ki, sökülən ərazi Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarıdır.
Şöbə müdirinin sözlərinə görə, ümumilikdə 6 binadan ibarət olan yataqxanada əvvəllər məcburi köçkünlər məskunlaşmışdılar. Bu ilin avqustunda onlar Masazır qəsəbəsində inşa olunmuş evlərə köçürüldülər.
Ş.Cəfərova qeyd etdi ki, artıq həmin yataqxanaların sökülməsinə başlanıb. Sökülən binalar arasında beşmərtəbəli və doqquzmərtəbəli binalar da var. Sökülən binaların yerində nə inşa olunacağı isə məlum deyil.
Sorğu
Yeni dizaynımız necədir?