Bakı şəhərində tələbə qızın faciəvi ölümü eşidənləri şoka salır.
Bu gecə Xətai rayonu ərazisində baş vermiş hadisə zamanı baş bədəndən ayrılıb.
Əhmədli qəsəbəsində 18 yaşlı Cəmilə Bayramovanı “Mercedes” markalı minik maşını vuraraq içərisi yüklə dolu olan “KamAZ”ın altına atıb. "KamAZ" isə onun üstündən keçib. Nəticədə C.Bayramovanın başı bədənindən ayrılıb.
Xətai rayon Polis İdarəsindən bildirilib ki, C.Bayramova özü Qusar rayon sakinidir və Bakıdakı universitetlərdən birində təhsil alırmış. Mərdəkan qəsəbəsində yaşayan Cəmilə dünən bibisigilə gedirmiş və dəhşətli hadisə o zaman baş verib. Hazırda hər iki maşının sürücüsü saxlanılıb, araşdırma aparılır. (milli.az)
Sorğu
Yeni dizaynımız necədir?