Dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub
Nazirlər Kabineti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü istirahət günləri ilə bağlı qərar qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, qərara əsasən, dekabrın 31-i də daxil olmaqla yanvarın 6-na qədər qeyri-iş günü elan olunub.
Yəni iş günü bir də yanvarın 7-də başlayır. Bunun əvəzində isə dekabrın 28 və 29-u, yəni şənbə-bazar günləri iş günü hesab olunacaq. Bütün dövlət müəssisə və təşkilatları öz qrafiklərini buna uyğun qurmaldırlar. (qafqazinfo)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?