Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31 dekabr 2013) və Yeni ilə (1-2 yanvar 2014) görə iş və istirahət günlərinin yerini dəyişdiyindən 2014-cü ilin ilk 5 günü qeyri-iş günləri elan olunub.
“Media forum” bildirir ki, gələn il təqvimdə bayramla bağlı başqa sürüşdürmələr də olacaq. Qadınlar Günü (8 mart) şənbəyə, Novruz bayramının (20-24 mart) iki günü şənbə və bazara, Milli Qurtuluş (15 iyun) və Dövlət Bayrağı günləri (9 noyabr) bazara düşdüyündən martın 10-u, 25-i, 26-sı, iyunun 16-sı və noyabrın 10-u qeyri-iş günləri sayılacaq.
Ramazan bayramı və Qurban bayramının nə vaxt qeyd olunacağını (üst-üstə 4 gün) Nazirlər Kabineti açıqlayacaq. Bu bayramlarla bağlı da sürüşdürmələrin olması mümkündür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?