Daxili işlər nazirinin qardaşı oğluna “hücum” ediblər
gundemxeber.az Şabran rayon Mərkəzi Xəstəxanasına yenicə baş həkim təyin olunan Aslan Usubov ilk iş günündə ora müraciət edənlərin “hücum”una məruz qalıb. Bu haqda məlumat verən avrasiya.net bildirir ki, A.Usubov xəstəxananın yeni tikilən korpusunun girişindəki foyedə qoyulan bütün oturacaqları götürdüb. Halbuki bu oturacaqlar xəstəxananın sabiq baş həkimi İ.Osmanov tərəfindən həkimlərə müraciət edənlərin ayaqüstə qalmayıb, burada rahat əyləşib növbələrini gözləmələri üçün qoyulmuşdu. A.Usubovun tapşırığı ilə isə həmin yer H.Əliyev guşəsi üçün ayrıldığından bütün oturacaqlar götürülüb. Məlumatda deyilir ki, dünən yenidən bu yerlərə baxış keçirən A.Usubov həkimlərin qəbuluna gələn pasientlərin təzyiqi ilə üzləşib. Yaşlı bir kişinin “Rentgenə gəlmişəm harada oturub gözləməliyəm” sualına baş həkimin cavabı belə olub: “Zəhmət çək, get ginekologiya şöbəsinin qabağında otur”. Bundan hirslənən bəzi kişi pasientlər onun üstünə düşüblər. Baş həkimə bildiriblər ki, korpusun giriş pilləkənlərinə balaca bir “doroşka” atmaqla işini bitirmiş hesab etməsin: “Oturmusan rahat, isti kabinetdə. Amma burada saatlarla ayaq üstə həkimləri gözləyənlərdən xəbərin yoxdur…” Məlumatda o da deyilir ki, A.Usubov şikayətçilərin əlindən güclə qurtulub. Hətta ona “nə olsun ki, nazirin qardaşı oğlusan” deyiblər”. Qeyd edək ki, A.Usubovun daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu olduğu söylənilir
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?