Daxili işlər naziri sabiq polis rəisinin onun yerinə gətiriləcəyindən ehtiyat edir
gundemxeber.az Bakı şəhər baş polis idarəsinin sabiq rəisi Məhərrəm Əliyevin Prezident Administrasiyasında yeni vəzifəyə təyin olunması barədə redaksiyamıza növbəti məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, artıq neçə gündür ki, Məhərrəm Əliyevlə bağlı təyinat onun rəqiblərinin yuxusunu ərşə çəkib. Bu sırada xüsusilə daxili işlər naziri Ramil Usubov və onun yaxın ətrafının adı çəkilir. Iddia olunur ki, Məhərrəm Əliyevin əzəli rəqibi olan daxili işlər naziri bu təyinatı Bakı polisinin sabiq rəisinin onun yerinə hazırlanması kimi dəyərləndirir. Ramil Usubov düşünür ki, bir müddət keçdikdən sonra Məhərrəm Əliyevdən ona qarşı istifadə ediləcək və o istefaya göndəriləcək. Məhərrəm Əliyev onun postuna təyin edildikdən sonra məsələ daha da dramatikləşmə bilər. Daxili işlər nazirinin yaxın ətrafını da ən çox narahat edən məqam budur. Çünki Məhərrəm Əliyevin DİN rəhbərliyinə gələcəyi təqdirdə, heç şübhəsiz Ramil Usubovun kadrları ilə işləməyəcək. Məlumatlarda həmçinin bildirilir ki, Məhərrəm Əliyev İlham Əliyevin qudası Aydın Qurbanov dünyasını dəyişərkən onun hüzründə iştirak etmək üçün Moskvaya gedib. O, bu gedişilə bağlı mərhum Heydər Əliyevi də məlumatlandırmasına baxmayaraq Ramil Usubov eks-dövlət başçısına başqa məlumat verib. Daxili işlər naziri bildirib ki, Məhərrəm Əliyev heç bir xəbərdarlıq etmədən, icazəsiz ölkəni tərk edib. Məlumatlarda həmçinin deyilir ki, Məhərrəm Əliyev Araz Ağalarovla və Aydın Qurbanovun övladlarının toyunda ağsaqqalların sırasında məclisin başında əyləşib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?