“Peço” ləqəbli qanuni oğru Rezo Buxnikaşvili Moskvanın Komsomolski prospektində yerləşən mənzilində polislə atışmadan sonra tutulub. RIA Novostiyə bu haqda məlumat hüquq-mühafizə orqanlarından daxil olub. Bundan qabaq xəbər verilmişdi ki, dörd nəfər kişi Komsomolski prospektində yerləşən bu mənzilə hücum edib, bundan sonra hadisə yerinə polislər gəlib, cinayətkarlar onlara atəş açıb. Hücum edənlərdən biri ölüb, ikisi isə xəsarət alıb, birlikdə üç nəfər tutulub. Xəsarət alanların arasında polislər də olub.
Tutulanlardan biri qanuni oğru “Peço” olub. Xəbər qaynağı bildirir ki, Buxnikaşvili atışma zamanı polisə müqavimət göstərməyən tək şəxs olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?