Moskvada “Peço” ləqəbli “qanuni oğru”nun saxlanması ilə nəticələnən əməliyyatdan sonra mütəşəkkil dəstənin zərəsizləşdirilməsinə kömək edən şəxslər mükafatlandırılıb.
“Qanuni oğru”nun həbs olunmasına kömək edən sakinlərə mükafatı Moskva polisinin rəisi Anatoli Yakunun təqdim edib.
Mükafatlandırılan şəxslər aralaranda “qanuni oğru”nun da olduğu bir qrupun qonşu mənzilə daxil olaraq onu qarət etmək istədiyinə dair polisə məlumat verib. Bundan sonra əraziyə gələn polislə dəstə üzvləri arasında atışma olub.
Nəticədə dəstənin 1 üzvü ölüb, 3 nəfər saxlanılıb. Daha sonra məlum olub ki, saxlananlar arasında “qanuni oğru” Peço da var. Dəstənin digər üzvləri isə Gürcütan, Tacikistan və Ermənistan vətəndaşları olub
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?