GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qızını öldürən ata: “Daşla başına vurdum, sonra yerə yıxıb bıçaqladım”

Qızını öldürən ata: “Daşla başına vurdum, sonra yerə yıxıb bıçaqladım”

Tarix: 13-12-2013, 14:05 Bölmə :Ölkə Baxış: 1 032
Qızını öldürən ata: “Daşla başına vurdum, sonra yerə yıxıb bıçaqladım”
Həmin gün Amil Əliyev qızı Günelə öyüd-nəsihət vermək üçün yaşadığı evə gedir. Lakin Günel onun sözlərinə məhəl qoymayaraq istədiyi kimi yaşayacağını deyir. Bundan qəzəblənən Amil qızına sillə vurur. Bu zaman Günel yerdən daş parçası götürərək atasına tərəf atır. Beləliklə, ata və qız arasında dava başlayır...


Ailəli və bir uşaq anası olan qadın başqa kişiyə qoşulub Bakıya qaçır


Hadisə bu il avqustun 9-da Şamaxı rayonunda baş verib. Belə ki, Günel Məmmədova ailəli və bir uşaq anası olmasına baxmayaraq, başqa kişiyə qoşulub Bakıya qaçır. Həmin günün səhəri Günelin atası Amil və digər ailə üzvləri qızı yenidən evinə qaytarırlar. Bundan bir müddət sonra Günel yenidən evdən qaçır. Lakin bu dəfə polis idarəsinə. Orada qardaşı Alimin onu döydüyünü bildirir və şikayət ərizəsi yazır. Həmin gün Amil öz maşını ilə qızı Güneli yenidən evlərinə qaytarır. Öyüd-nəsihət vermək üçün həyətdə çardağın altında qızı ilə söhbət edir. Günel isə öz həyatını bildiyi kimi yaşayacağını deyir. Bundan qəzəblənən ata qızına bir sillə vurur. Bu zaman Günel yerdən daş götürərək atasının başına zərbə vurur. Bundan daha da qəzəblənən ata qızını öldürmək qərarına gəlir. O da yerdən daş götürərək qızının başına zərbə endirir. Ata ilə qız əlbəyaxa davaya çıxırlar. Bu zaman Amil cibindəki bıçağı çıxararaq Günelə 9 bıçaq zərbəsi vurur.


“Gəl, qızını apar evinə”


İlkin istintaq zamanı Amil Əliyev elan olunmuş ittihamda özünü tam təqsirli bildiyini deyir: “Günel Məmmədova ən kiçik övladım idi. 8-ci sinfə kimi Şamaxı şəhərində yerləşən 6 saylı tam orta məktəbdə təhsil alıb. Sonra təhsil almaq istəmədiyindən onu məktəbdən çıxardıb gələcəkdə dərzi olması üçün Şamaxı rayonunda peşə məktəbinə qoymuşduq. 3 il bundan əvvəl Günel Şamaxı sakini Bilal Məmmədova qoşulub evdən qaçıb və könüllü olaraq onunla cinsi əlaqədə olub. Bunu bildikdən sonra Bilalın Güneli almasının əleyhinə oldum. Lakin el içində rüsvay olmamaq üçün razılaşdım. Bilalla Günel arasında rəsmi nikah yox idi. Onların birgə nikahından Yağmur dünyaya gəlmişdi. Təxminən 1 ay bundan əvvəl Bilal mənim mobil telefonuma zəng edərək “gəl, qızını götür, apar evinə” dedi. Nə baş verdiyini öyrənmək üçün dərhal Bilalın yaşadığı evə getdim. Bu zaman Bilal mənə heç nə demədi. Güneli götürüb aparmağı və nə olduğunu Günelin başa salacağını bildirdi. Mən də evdə Güneldən nə baş verdiyini soruşdum. Heç bir səbəb demədi. Elə həmin gün axşam üstü Günel inad edərək körpə uşağının yanına getmək istədiyini, nə olursa-olsun Bilalla birlikdə yaşamaq istədiyini dedi. Mən də məcbur olub Güneli gətirib Bilalgilə qoydum. Aradan 1-2 saat keçdikdən sonra Bilal yenə mənə zəng elədi: “Qızını evimə məni xataya salmaq üçün gətirmişdin, qızın qoşulub başqa bir oğlana qaçıb”. Nə baş verdiyini öyrənmək üçün iki oğlumla birlikdə Günelgilə gəldim. Günel orda olmadığı üçün avtomaşınla Şamaxı şəhərinin küçələrində onu axtarmağa başladıq. Lakin tapa bilmədik. Bilal Günelin mobil telefonunu mənə göstərərək “Günel evdən çıxanda telefonunu evdə qoyub” dedi. Bilal telefona baxanda ekranda tanımadığımız oğlan şəklinin olduğunu gördük. Bundan sonra rayon polis şöbəsinə yollandıq. Telefonda həmin oğlanın nömrəsi də var idi. Adı Taleh yazılmışdı. Rayon polis şöbəsində polis əməkdaşına müraciət etdik. Bu zaman oğlanlarımdan hansısa Talehin mobil telefonuna zəng etdi. Taleh əvvəlcə Astara rayonunda olduğunu bildirdi, sonra isə telefonunu söndürdü. Bundan sonra polis əməkdaşı Talehin mobil telefonuna zəng edərək ondan Güneli gətirməsini tələb etdi. Təxminən 5-10 dəqiqə sonra qızım Günel tanımadığım mobil telefondan mənə zəng elədi və yanımızda olan polis əməkdaşı ilə danışdı. Günel öz istəyi ilə Talehə qoşulub Bakıya qaçdığını və onunla ailə həyatı quracağını bildirdi. Lakin növbəti gün evə qayıtdı. Bir gün səhər yuxudan oyananda Günelin çarpayısının boş olduğunu gördüm. Bu zaman polis şöbəsinin əməkdaşı zəng edərək Günelin rayon polis şöbəsində olduğunu bildirdi. Mən də rayon polis şöbəsinə getdim. Orada öyrəndim ki, Günel qardaşı Alim Əliyevin onu döyməsi ilə bağlı ərizə verib. Bundan sonra Günellə birlikdə yaşadığımız evə gəldik. Güneli başımıza gətirdiyi biabırçılıqla bağlı danışmaq üçün həyətdə olan çardağın altına çağırdım.


“Bu nə oyundu başımıza açmısan?”


Həmin vaxt evdə heç kim yox idi. Mən Günelə “bu nə oyundu başımıza açmısan?” dedim. Günel isə əvəzində “mən özüm həyatımı bildiyim kimi yaşayacam” cavabını verdi. Günelə “öz həyatını pozğunluqla yaşayacaqsan?” dedim. Günel cavab verərək həyatını pozğunluqla yaşayacağını bildirdi. Bu vaxt Güneli tənbeh etmək məqsədilə ona sillə vurdum. Günel də yerdən daş götürərək mənim başıma bir dəfə vurdu. Zərbənin təsirindən başım dumanlandı. Günel qaçmaq istəyərkən onu tutdum və yerdən daş götürüb başına zərbələr endirdim. Həmin vaxt Günel üzü üstdə yerə yıxıldı. Sonra çönüb qalxmaq istəyərkən yerdən başqa daş götürüb bu dəfə də sifətinə vurdum. Sonra cibimdən bıçağı çıxardıb dayanmadan onun bədəninə bir neçə zərbə endirdim. Günelin müqavimət göstərmədiyini görüb nəfəsini yoxladım. Öldüyünə əmin olduqdan sonra evin həyətində olan çəlləkdən vedrə ilə su götürüb əl-üzümü yudum. Bundan bir müddət sonra oğlanlarım evə gəldilər. Onlara polisə zəng edərək məlumat vermələrini dedim” .



“Arvadımı telefonda oğlanla danışanda tutdum”


Günel Məmmədovanın əri Bilal Məmmədov isə ifadəsində Günel Məmmədovanı peşə məktəbinə dərsə gedib gələrkən görüb bəyəndiyini, ondan mobil nömrəsini alaraq əlaqə saxladıqlarıını, aralarında olan yaxın münasibətdən sonra 2010-cu ildə Günellə ailə həyatı quraraq birlikdə yaşadıqlarını deyib: “Ailə qurduqdan sonra Günellə aramızda çox mehriban münasibət var idi. Ancaq Günelin ailəsi ilə münasibəti soyuq idi. Bir gün Günelin qulaqcıq vasitəsilə kiminləsə telefonla danışdığını gördüm. Ondan kiminlə danışdığını soruşanda mahnılara qulaq asdığını dedi. Lakin telefona baxanda orada tanımadığım nömrə gördüm. Bundan sonra Günelin atasına zəng edərək qızını başqa oğlanla danışarkən tutduğumu dedim. Atası gəlib Güneli apardı. Ancaq bir neçə saatdan sonra yenidən evə qaytardı. Həmin gün təxminən saat 22 radələrində Günelin evdən qaçdığını bildim.

"Onunla bir neçə dəfə görüşüb cinsi əlaqədə olmuşduq"

Taleh Tarıverdiyev isə Günellə hələ peşə liseyində oxuyarkən tanış olduğunu deyib: “Əvvələr peşə liseyində bir oxumuşuq. Lakin aramızda heç bir münasibət olmayıb. Son vaxtlar Günel mənə zəng edərək ailəli olub ayrıldığını, hal-hazırda həyatında heç kim olmadığı üçün çox darıxdığını, həyatının mənasız olduğunu, yaşamaq istəmədiyini, həmçinin mənə çox ehtiyacı olduğunu deyirdi. Mən də onun qəlbini qırmamaq üçün daha yaxından münasibət saxlayırdım. Günel ondan ayrılsam, özünü öldürəcəyini söyləyirdi. Onunla bir neçə dəfə görüşüb cinsi əlaqədə olmuşduq. Lakin o, mənimlə Bakıya gedəndə ailələi olduğunu dedi. Mən də onu evlərinə geri qaytardım”.

Qeyd: Bu cinayət işi üzrə məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. İşə hakim Zeynal Ağayevin sədrliyi ilə baxılır.

QEYD: Yazı cinayət işinin ittiham aktı əsasında xüsusi olaraq Ailəm.az saytı üçün hazırlanıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azəri qızı Günel barədə həbs qərarı

    Azəri qızı Günel barədə həbs qərarı ...

    5-02-2014, 09:22

  • 
  • Özündən 20 yaş böyük kişiyə qoşulub qaçdı

    Özündən 20 yaş böyük kişiyə qoşulub qaçdı ...

    20-11-2015, 17:15

  • 
  • Günel qardaşı üçün qız axtarır

    Günel qardaşı üçün qız axtarır ...

    4-01-2016, 18:10

  • 
  • Qızı zorlanan atadan dəhşətli qisas

    Qızı zorlanan atadan dəhşətli qisas ...

    3-11-2014, 23:53

  • 
  • Goranboy qətliamından son xəbər - Kənddə sakitçilikdir...

    Goranboy qətliamından son xəbər - Kənddə ...

    8-10-2014, 15:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu