“Microsoft” şirkətinin saytına istinadən məlumata görə, 2014-cü ilin 8 aprel tarixindən etibarən şirkət Windows XP əməliyyat sistemi və Office 2003 proqramının dəstəklənməsini dayandəracaq. Bu o deməkdir ki, istifadəçilərdə bir daha bu məhsullar yenilənməyəcək, o cümlədən təhlükəsizlik yenilənmələri aparılmayacaq. Şirkətdən yayılan açıqlamada deyilir ki, texnoloji tərəqqi amansız şəkildə irəli gedir.On il əvvəl inqilabi ixtiralar sayılan məhsullar keçmişə üz tutur. “Müasir biznes – təhlükəsizlik, çeviklik və istehsalatçılıq deməkdir. Windows 8 əməliyyat sistemi və Office 365 proqramına keçin və öz biznesinizə gələcəyə addım atmağa kömək edin” deyə şirkət bildirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?