"Vallah bizdə adam qalıb ki? Müəllimlər İnstitutunun bölgələrdə 11 filialı var ki, son araşdırmalar nəticəsində o filiallardan doqquzunun direktoru işdən azad edilib”.
Bu sözləri Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı Təhsil naziri Mikayıl Cabbarovun saxta diplomlarla bağlı şikayətə görə aparılan araşdırmaların nəticəsi olaraq Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialının direktorunu işdən çıxarmasına aydınlıq gətirərkən “xeberdar.az”a deyib.
A.Naxçıvanlı bildirib ki, bu islahatlarda sensasiya görmür: “Gəncə filialında əvvəllər biz də araşdırma aparmışıq və bir sıra qayda pozuntularının şahidi olmuşuq. İndi bu yoxlamanı Təhsil Nazirliyi aparıb və direktoru işində yol verdiyi qüsurlara görə işdən azad edib. Ola bilər, orada saxta diplomlar verilsin, bu mövzu ilə bağlı ciddi araşdırmalar gedəcək və araşdırmaların nəticələri haqqında məlumat veriləcək”.
Yeni təyinatla bağlı suala cavab olaraq rektor bildirib ki, təyinat onların səkahiyyətində deyil: “Biz sadəcə seçdiyimiz insanı tövsiyyə edirik. Bununla bağlı qərarı Təhsil Nazirliyi verəcək. Ola bilər ki, həmin post hələ bir müddət boş qalsın”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?