Qəbələdə baş verən silahlı insidentin təfərrüatları və hadisə iştirakçılarının adı məlum olub. Qəbələ Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonda bizneslə məşğul olan Ariz Rəsulzadə Vinçesterlə ilə ortağı Eldar Kərimovu və Vasif Dadaşovu güllələyib. Hər iki şəxs aldıqları güllə yarasından keçinib.
İlkin məlumata görə, hadisəyə A. Rəsulzadə ilə E. Kərimov arasında mövcud biznes sövdələşməsi səbəb olub. Belə ki, E. Kərimov və A. Rəsulzadə ortaq olublar, sonradan bu ortaqlığa son qoyublar. Bütün məsələlər də bundan sonra başlayıb. Hər iki şəxs birgə işlətdikləri mağazadakı paylarını bölüşdürmək üçün məhkəməyə müraciət edib.
Məhkəmə mağazanın E. Kərimovda qalmasına qərar verib. Lakin A. Rəsulzadə məhkəmənin qərarına məhəl qoymayıb. Bu gün məhkəmə icraçıları mağazaya gedərək A. Rəsulzadəyə oranı boşaltmağı tövsiyə ediblər. Bu zaman iki ortaq arasında mübahisə düşüb və sonuc güllələnmə ilə nəticələnib.
Polisdən həmçinin bildirilib ki, hadisəni törədən A. Rəsulzadə saxlanılıb.
* * * * Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib.
Rayonda fəaliyyət göstərən mağazalardan birinin sahibi güllələnib. O, hadisə yerindəcə keçinib.
Hadisəni törədənin şəxsiyyəti müəyyənləşib.
Bu barədə yaxın saatlarda əlavə məlumat veriləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?