“Bakı Şərab-2” ASC-nin rəhbəri Rabil Hüseynov əlində olan maliyyə vəsaitlərini Rusiyaya çıxarır
“Bakı Şərab-2” ASC-nin rəhbəri Rabil Hüseynov əlində olan maliyyə vəsaitlərini Türkiyə və Rusiyaya çıxarır. Balkanlarda səfirimizin ən sadiq adamlarından biri olan “Bakı Şərab-2” ASC-nin rəhbəri Rabil Hüseynov Azərbaycandakı biznesindən əldə etdiyi gəlirləri ölkə kənarına çıxarmağa başlayıb. Buna səbəb isə Rabil Hüseynovun hakimiyyətin müəyyən bir qruplaşması ilə problemlər yaşamasıdır. Məlumata əsasən Rabil Hüseynovun oğlu Qabil Hüseynli hazırda Türkiyədə yaşayır və atasının oradakı biznesini idarə edir. Həmin biznes sahələrinə son zamanlar Azərbaycandan sərmayə yatırılır. Rabil Hüseynovun Rusiyadakı biznesini isə İsa adlı şəxs idarə edir. Rusiyada biznes sahələri quran İsa adlıv şəxsin Bakı Şərab-2 ASC-nin rəhbərinə çox yaxın olduğu bildirilir. Məlumatda həmçinin o da qeyd olunur ki, Rabil Hüseynov son dönəmlərdə baş nazirin keçmiş müavini, prezident seçkiləri dönəmində hakimiyyətin başağrısına çevrilən «Milyarderlər İttifaqı»nın aparıcı şəxslərindən biri hesab olunan, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovla biznes münasibətləri qurub. Məlumata əsasən hazırda Abbasov Abbasov Rabil Hüseynova Rusiyadakı biznesini genişləndirməyə yardımçı olur.
Sorğu
Yeni dizaynımız necədir?