Gürcüstan prezidenti Georgi Marqvelaşvili gələn həftə Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə “Trend”-ə diplomatik mənbələrdən məlumat verilib.
G.Marqvelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq, regiondakı vəziyyət qiymətləndiriləcək.
Qeyd edək ki, bu, Georgi Marqvelaşvilinin prezident seçiləndən sonra Azərbaycana ilk səfəridir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?