GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Yuyucu tozlar: gigiyena, yoxsa xəstəlik mənbəyi?

Yuyucu tozlar: gigiyena, yoxsa xəstəlik mənbəyi?

Tarix: 20-12-2013, 13:00 Bölmə :Ölkə Baxış: 860
Yuyucu tozlar: gigiyena, yoxsa xəstəlik mənbəyi?
"Kimyəvi maddələr dəri ilə təmasa girərək müxtəlif xəstəliklər yaradır"

Hamımız övladlarımızın sağlam böyüməsini arzulayırıq. Amma bəzən əlimizdə olmayan səbəblər üzündən onlara zərər vururuq. Bu dəfə Ailəm.az dəyərli oxucularına yuyucu tozlar barədə dəyərli bilgilər təqdim edir.

Oxucumuz Günel Məhərrəmova deyir ki, artıq bir ildir, qızının bədənində müxtəlif səpkilər yaranır. Ana övladını dəfələrlə həkimə aparsa da, yazdılan dərmanların xeyri olmayıb. “Uşağın bədənində yaranan səpmələr sulanır, partlayır, quruyur və yenidən əmələ gəlirdi. Bir neçə həkimə aparmışdım. Biri qanında mikrob olduğunu deyirdi, o biri allergiya olduğunu söyləyirdi. Verilən dərmanlar heç biri təsir göstərmirdi. Onu da qeyd edim ki, mən uşaqların paltarlarını da eyni yuyucu tozlarla yuyurdum. Yəni hansını alırdımsa, uşaqların paltarını da onunla yuyurdum. Havalar çox isti keçdiyi üçün rayona valideyinlərimin yanına getdim. Qızımın səpmələri sağalmağa başlamışdı. Paltarları çay suyunda, heç bir yuyucu toz olmadan yuyurduq”, - deyə ana Bakıya gəldikdən sonra övladının həkimi ilə bu barədə danışır. Həkim də ona bildirir ki, yuyucu tozların tərkibində olan kimyəvi maddələr uşaqların dərisinə zərər verir. Əgər bu səbəbdən yaranan səpmə və yaralar vaxtında müalicə edilməzsə, bu, müxtəlif fəsadlarla nəticələnə bilər.

Həkim-terapevt Bəsti Əlməmmədova Ailəm.az-a deyib ki, yuyucu tozlar allergiya və ya müxtəlif dəri xəstəliklərinə səbəb ola bilər. Yuyucu tozların tərkibində olan kimyəvi maddələr dəri ilə təmasa girərək dəridə müxtəlif xəstəliklər yaradır. “Yuyucu vasitələrin mənfi təsirlərindən qorunmaq onlardan istifadə edərkən əlçək geyinmək məsləhət görülür. Toz şəklində olan yuyucu vasitələr alarkən onun sturukturunun dənəvər olmasına üstünlük vermək lazımdır. Çünki xırda toz şəklində olan yuyucu vasitələrdən istifadə edərkən nəfəs yollarına düşə bilər. Bu də zəhərlənməyə və ya daha ciddi fəsadlara səbəb ola bilər”, - deyən həkim məsləhət görür ki, yuyucu vasitələrdən istifadə edərkən paltarlar axar suda durulanmalıdır. O bildirir ki, son zamanlar özü yuyub, özü qurudan maşınlarda belə yuyucu vasitələrdən istifadə orqanizm üçün zərərli ola bilər: “Bu maşınlardan istifadə edərkən çalışmaq lazımdır ki, daha sadə tərkibli yuyucu vasitələrə üstünlük verilsin. Uşaqlarınızın paltarlarını çalışın ki, sadə - əvvəllər 72 faiz adlanan və ya uşaqlar üçün nəzərdə tutulmuş sabunblarla yuyasınız. Uzun müddət belə yuyucu vasitələrdən istifadə edərkən çox diqqətli olmaq lazımdır. Bu, allergiya və müxtəlif xəstəliklərə, zəhərlənmələrə, hətta qan zəhərlənməsinə də gətirib çıxara bilər”.

Müsahibim məsləhət görür ki, 3 ayına kimi uşaqların paltarları adi su ilə, 3 aydan sonra isə uşaq yuyucu vasitələri ilə yuyulmalıdır. Böyüklər üçün nəzərdə tutulmuş vasitələrdən isə uşaqların geyimlərini yuyan zaman qətiyyən istifadə etmək olmaz. Həkim deyir ki, uşaqların təkcə geyimləri deyil, oyuncaqları və ya qabları yuyucu toz ilə yuyulduqda yaxşı durulanmalı və qaynadılmış su ilə yaxalanmalıdır. Əks tədqirdə bu, onların tez-tez xəstələnməsinə səbəb ola bilər.
Yuyucu vasitələrin saxlanmasına gəldikdə isə, bu vasitələr uşaqların əli çatan yerlərdən kənarda, qaranlıq, quru, yaxşı havalandırılan, nisbi rütubətin 70 %-dən çox olmadığı yerlərdə mühafizə edilməlidirlər.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin verdiyi məlumata görə, istehlakçılar sintetik yuyucu vasitələr alarkən diqqətli olmalıdır. Çünki bu, onların sağlamlığında müxtəlif fəsadlar yarada bilər.
Məlumatda qeyd edilir ki, sintetik yuyucu vasitələr parça, metal, şüşə, keramik və sair səthlərdən çirklənmə, ləkələrin təmizlənməsi üçün istifadə edilən çox komponentli birləşmələrdir. Bu vasitələr yüksək effektivliyə malikdir və istehsalı təsərrüfat sabunu ilə müqayisədə daha ucuz xammala əsaslanır. Sintetik yuyucu vasitələr geniş çeşidliliyə malikdir və istehlakçılara müxtəlif məmulatların xüsusiyyətlərinə uyğun yuyucu vasitə əldə etməyə imkan verir.
Yuyucu tozlar suda yaxşı həll olur, suyun öncədən yumşaldılmasını tələb etmir, istənilən codluğa malik suda çirklənmələri asanlıqla aradan qaldırır, 20-30° С-də belə yuyucu təsir göstərir.
Sintetik yuyucu maddələr təyinatına, tərkibindəki maddənin növünə və konsistensiyasına görə 6 alt qrupa bölünürlər. Bunlar universal, pambıq, kətan, yun və ipək, sintetik liflərdən hazırlanmış məmulatların, qabyuyanlar, mətbəx çanaqları, vanna, şüşələrin təmizlənməsi üçün nəzərdə tutulmuş yuyucu vasitələrdir.
Qeyd etmək lazımdır ki, istifadə üsullarına görə yuyucu vasitələr iki hissəyə - yüksək köpük yaradan və zəif köpük yaradan növlərə bölünür. Yüksək köpük yaradanlar əl və aktivator tipli yuyucu maşınlarda, zəif köpükyaradıcı vasitələr isə avtomat və yarımavtomat tipli maşınlarda yuma üçün nəzərdə tutulub.
Həmçinin nəzərə almaq lazımdır ki, normativ–texniki sənədlərin tələblərinə əsasən, yuyucu vasitələrdə hidrogen ionlarının konsentrasiya səviyyəsi 7.5 – 11.5, fosfor duzlarının ümumi payı isə 22%-dən çox olmamalıdır. Yuyucu vasitənin yuyuculuq göstəricisinin 85%, ağardıcılığı 80%-dən aşağı olmasına yol verilmir.
Yuyucu vasitələr sağlamlıq üçün tam təhlükəsiz olmadığına görə , onlardan istifadə edərkən diqqətli olmaq lazımdır. Çünki yuyucu vasitələrin tərkibinə daxil olan fosfatlar toksik və çətin yuyulan maddələrdir. Bu səbəbdən hər yuma zamanı məmulatın səthi axar su altında yaxşı yaxalanmalıdır.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara məsləhət görür ki, sintetik yuyucu vasitə alarkən, tərkibində fosfatların miqdarı 5%-dən artıq olmayan vasitələrə üstünlük versinlər.
Fosfatların xüsusi çəkisi məhsulun etiketi üzərində göstərilir. Sintetik yuyucu vasitənin etiketi üzərində həmçinin məhsulun adı, təyinatı, istehsalçı müəssisənin adı və ünvanı, təhlükəsiz saxlama, daşınma və istifadə qaydaları, əsas istehlak xassələri, məcburi sertifikatlaşdırılma haqqında məlumat, malın xalis çəkisi, həcmi və ya miqdarı, tərkibi, istehsal tarixi və yararlılıq müddəti, müvafiq normativ texniki sənədin nömrəsi, dövlət standartlarına uyğunluğunu təsdiq edən işarə və normativ-texniki sənədlərdə nəzərdə tutulmuş digər məlumatlar qeyd olunmalıdır.
Sintetik yuyucu vasitələrin etiketi üzərindəki mətn diqqətlə öyrənilməli, təhlükəsiz istifadə şərtləri, saxlanma şərtləri və müddəti ilə bağlı tələblərə ciddi əməl olunmalıdır. Yuyucu vasitələrin etiketi üzərindəki mətn aydın və silinməyən hərflərlə yazılmalı, kimyəvi maddənin təsirinə davamlı olmalı, malın istifadə müddəti ərzində silinməməli, qablaşdırması hermetik olmalıdır. Bunlar istehlakçıya saxta malı orijinal yuyucu vasitədən ayırd etməyə imkan verən mühüm cəhətlərdir.
Nəzərinizə çatdıraq ki, yuyucu vasitələr alan zaman onların qoxusuna da diqqət yetirmək lazımdır. Çünki bəzi istehsalçılar saxta məhsulların pis qoxusunu, tərkibində olan xloru və digər kimyəvi maddələri gizlətmək üçün güclü ətirvericilərdən istifadə edirlər. Bu, istifadəçilərdə ciddi allergik reaksiyalara səbəb ola bilər. İstehlakçıların yuyucu toz alarkən neytral qoxulu vasitələrə üstünlük vermələri məsləhət görülür.
Sonda onu da bildirək ki, yuyucu vasitələr də dəyişdirilməyən mallar siyahısındadır. Bu səbəbdən, istehlakçılar sintetik yuyucu vasitə alarkən diqqətli olmalı, uyğun olmayan vasitəni seçərsə, malın dəyişdirilməyəcəyini bilməlidirlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaraciyərin sağlam olmadığını xəbər verən ƏLAMƏTLƏR

    Qaraciyərin sağlam olmadığını xəbər verən ...

    26-01-2016, 19:15

  • 
  • SOS: Bakıda uşaqları iflic edən dəftərlər satılır

    SOS: Bakıda uşaqları iflic edən dəftərlər satılır ...

    6-09-2013, 13:10

  • 
  • Leyla Şıxlinskayanın klinikasında soyğunçuluq

    Leyla Şıxlinskayanın klinikasında soyğunçuluq ...

    24-04-2014, 10:38

  • 
  • Ailəmin dağılmasında bir çox səbəblər oldu. Onlardan biri də xəyanət idi

    Ailəmin dağılmasında bir çox səbəblər oldu. ...

    29-11-2014, 23:36

  • 
  • Sağlam dəriyə sahib olmaq istəyirsiniz?

    Sağlam dəriyə sahib olmaq istəyirsiniz? ...

    23-02-2016, 14:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu