GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İqbal Ağazadənin namizədliyi irəli sürüldü

İqbal Ağazadənin namizədliyi irəli sürüldü

Tarix: 25-12-2012, 13:36 Bölmə :Ölkə Baxış: 621
İqbal Ağazadənin namizədliyi irəli sürüldü
Ümid Partiyası qərargahında partiyanın Gənclər Təşkilatının Konfransı keçirilib. Təşkilat komitəsinin sədri, Ümid Partiyası sədrinin gənclər üzrə müavini Ruslan İzzətli, tədbiri açıq elan etdikdən sonra, tədbiri idarə edəcək şəxslər - Elvin Camalov, İbrahim Nəsirli və Turqut Əliyev seçilib. Konfransda Ümid Partiyası sədri İqbal Ağazadə, partiyanın gənclər üzrə müavini Ruslan İzzətli, ADP gənclər təşkilatının sədr müavini Azər Sadıqov, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, VHP Gənclər Təşkilatının sədri Pünhan İmanlı, Ümid partiyasının üzvləri və jurnalistlər iştirak ediblər.

Tədbir aparıcısı Elvin Camalov hesabat üçün sözü Ruslan İzzətliyə verib. Tədbiri giriş sözü ilə açan Ümid Partiyası sədrinin Gənclərlə İş üzrə Müavini Ruslan İzzətli Konfrans iştirakçılarını və qonaqları salamlayıb. Ümid Gənclər Təşkilatının konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin son üç ayda gördüyü işləri yüksək qiymətləndirən R.İzzətli regionlarda keçirilən görüşləri xüsusi qeyd edib. “Təşkilat komitəsinin hesabatı və təşkilat komitəsinin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Gənclər Təşkilatı olaraq dostlarla görüşəndə bizə sual verirlər: “ Niyə Ümid sıralarında olmalıyıq?” Ümid Partiyası Azərbaycanda fəaliyyət göstərən çoxsaylı partiyadan biridir. Amma meydanda hər zaman döyüşən və haqqı deyən partiyadır. Bizim partiyamız və sədrimiz istər Qarabağ müharibəsində, istər meydan davasında xalqın ehtiyacı olduğu zamanlarda önə çıxıb, xalqın haqqını tələb edib. Digərləri hakimiyyət davası aparırdığı bir dövrdə İqbal Ağazadə Qarabağ döyüşlərində qazi olub. 2003-cü ildə Azərbaycan xalqı saxta seçkilərə etriaz olaraq meydanlara çıxdıqda İqbal Ağazadə Milli Məclis mandatından imtina edərək 17 ay zindanda yatdı. 2008-ci ildə Ümid Partiyası prezident seçkilərinə qatıldı. O zaman sağdan, soldan, hər tərəfdən bizim üzərimizə gəldilər. Biz bu hakimiyyətin insanları əzmək, rüşvətxorluq, haqsızlıq siyasətini ən azı efir vaxtı ilə insanlara çatdıracağıq, fikirlərimizi onlarla bölüşəcəyik, deyirdik. Bu gün isə prezident seçkilərində vahid namizədlik məsələsi üzərində dava gedir. O zaman soruşuram: 2008-ci ildə avtoritar idi, indi demokratiyadırmı? Yoxsa Seçki Məcəlləsi dəyişib? Yaxud ölkədəki demokratik proses dəyişdi ki, seçkiyə qatılmaq istyəyirsiz? Biz yenə 2013-də bu xalqa səslənəcəyik. Çünki, 10 aydan sonra biz seçkilərə qatılıb yenidən sizlərə səslənəcəyik. Bu gün Gənclər Təşkilatı adından bəyan edirik, vahid namizəd məsələsi gənclər üçün aktuallığını itirib. Biz Gənclər Təşkilatı olaraq 2013-cü il prezident seçkilərində İqbal Ağazadəni dəstəkləyəcəyik və Ümidçi gənclər olaraq partiyanın hansı qərarı olmasından asılı olmayaraq heç bir namizədə güzəştə getmək fikrimiz yoxdur. Son zamanlar üzərimizə hücumlar oldu, mətbuatda və sosial şəbəkələrdə üzərimizə gəldilər. Amma bunların hər birinin cavabını verdik. Bəzən onların cavabını İqbal bəy yox, İqbal bəylə 17 ay zindanda yatıb zülm çəkən, işgəncə görən insanlar onların cavabını verdi ki, əxlaqlı olun. Biz bu ölkəni dağına, dərəsinə, təbiətinə görə sevmədik. Biz bu ölkəni insanına görə sevdik. Bu ölkəni Məhəmməd Əminə görə sevdik, Səttar xanına görə sevdik, Pişəvərisinə görə sevdik, Elçibəyinə görə sevdik, hətta Əliyevlərinə görə sevdik. Bizim üçün insanı tənqid etmək var, amma təhqir etmək yoxdur. Bizi heç bir zaman nə mətbuatda, nə sosial şəbəkələrdə şantaj edə bilməzlər ki, siz kimlərisə təhqir etmisiz. Biz Azərbaycanın tarixində olan bütün simaları qəbul edirik. Bizim leksikonumuzda heç bir zaman təhqir olmayacaq. Insanların üzərinə bağıraraq, qışqıraraq, aşağılayaraq getmədik. Çünki bizim üçün bir deviz var: “Liderinə, başqanına hörmət edən gənclər heç vaxt başqasının lider və sədrini təhqir etməz”. Bu bizim üçün əsas prinsipdir”.

Ruslan İzzətlinin çıxışından sonra söz Ümid Partiyasının sədri millət vəkili İqbal Ağazadəyə verildi. İqbal bəy də qonaqları salamladıqdan sonra gənclərə öz təbriklərini çatdırdı. “Azərbaycanın sahibi nə keçmiş, nə indiki liderlər yox, gənclərdir. Fəhləsi fəhlə kimi, prezidenti prezident kimi, naziri nazir kimi bu ölkəni hər kəsdən təhvil ala biləcək bir gənc nəsil yetişir. Azərbaycanın tarixində müxtəlif dönəmlərdə müxtəlif hərəkatlar, müxtəlif proseslər, liderlər olub. Məhəmməd Əmini lider seçməyimizin bircə nədəni var. O insan çevrəsində olanlarla, dostları ilə, rəhbəri olduğu Müsavat partiyası ilə Azərbaycanı dünya dövlətləri içərisində tanıdan, imzasını imzalar içərisinə yazan bir dövlətin başçısı olub. Bizim Xətai kimi, Ağa Məhəmməd Şah Qacar kimi, Nadir kimi, ərazimizdə olan ayrı-ayrı dövlətlərin liderlərinə qədər hər kəs olub. Hər kəsi sayğı ilə qiymətləndiririk. Amma böyük öndərin – Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının rolu onda idi ki, 23 ay Azərbaycanda dünyanın tanıdığı, hər kəsin tanıdığı bir Azərbaycan imzası var. Onun portretinin, onun şəklinin yanında İqbal Ağazadənin və mənim kimi nə qədər siyasi partiya liderlərinin şəkilinin və portretinin dayanmağa haqqı yoxdur. Azərbaycanda mövcud iqtidarın siyasətini yanlış və qüsurlu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının mənafe və məqsədlərinə xidmət etmədiyini dəfələrlə sizlər bu kürsüdən də, televiziya ekranlarından da, mətbuat səhifələrindən də, dilimizdən eşitmisiniz, mövqeyimizi açıq və səmnimi etiraf etmişik. Amma məncə bunu ifadə etməyə elə bir ehtiyac yoxdur. Hər birimiz yaşamımızda, gündəlik sosial qayğılarımızda, təhsil aldığımız yerdə, işlədiyimiz müəssisələrdə Azərbaycan iqtidarının Azərbaycan gəncliyinə münasibətini çox aydın şəkildə görürük. Istər insan təməl hüquq və azadlıqlarının yerinə yetirilməsində, istərsə də gündəlik sosial qayğıların çoxluğunda və onun məhz bu iqtidar tərəfindən nəinki həll edilmədiyində gördük. Uzun illər xalqımızı narahat eləyən milli problemlərə sahib çıxılmamasının və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmamasında görürük. Nə etməliyik? Sualın bircə cavabı var: “Azərbaycan iqtidarı dəyişməlidir. Azərbaycan iqtidarını dəyişməliyik.”

Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı mühafizəkar xalqdır. O, dəyişməyə meyilli deyil. Bir evə girsəniz 20 il ərzində hətta məişət avadanlıqlarının yerini dəyişməyə meyl etmirlər. Amma dünya dinamikdir. Dünya həddindən artıq çox dəyişir. Bu gün qarşımızda olan bir telefon cihazı hər 3 aydan, hər 6 aydan bir yeni modellərlə əvəz olunursa, dünya yeni texnologiyalarla təmin olunursa, siz gənclik də bundan istifadə edirsinizsə, demək ki, hakimiyyətlərin də dəyişməsinin dinamikliyi də vacibdir. Dəyişiklik pisdirsə, Amerika dünyaya bu gün bütün sferalarda nümunə ola biləcək bir idarəetmə, nümunə ola biləcək bir iqtisadiyyat, nümunə ola biləcək bir siyasət, nümunə ola biləcək dövlət etibarı yaradıbsa, nədən hakimiyətlərinin maksimum müddəti 8 ildir. Nədən 8 ildən bir dövlət başçısı mütləq dəyişməlidir və yeni bir sistem gəlməlidir? Sizcə pisdirsə nədən dəyişir? Bizə dəyişiklik pisdir deyənlər dəyişməyən yerdə bircə dənə yaxşı nümunə göstərsin. Dəyişməyən kimlərdir? Koreya, Çin, Kuba, Cənubi Afrika Respublikaları, Cənubi Amerika dövlətləri, Afrikanın bir sıra ölkələri, Ərəb ölkələri və s. Ona görə də gənclik birinci növbədə dəyişməyə meyilli olmalıdır. Biz Azərbaycanın problemlərini bilirik, Azərbaycanın problemlərini həll etməyin yollarını da bilirik. Biz gəncliyin təhsillə təmin olunmasinda, iş yerlərinin müəyyən olunması, ipoteka kreditlərinin verilməsi və onun müəyyən şəkildə əhalinin sosial büdcəsinə uyğun şəkildə formalaşdırılması, Azərbaycan büdcəsi, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində fundamental konsepsiyalara malik bir partiyayıq. Qarşımızda böyük bir proses var. Azərbaycanın demokratikləşməsi. Azərbaycanın demokratikləşməsi 2013-cü ilin seçki prosesi ilə mümkün olan şey deyil. Demokratik seçki təkcə demokratik cəmiyyət quruculuğu demək deyil. 2013-cü ilin demokratik seçkilərini keçirə bilərik, amma 2014-cü ildə fərqli bir ya xaos, ya yeni bir avtoritarizm, ya yeni bir diktatura ortaya çıxa bilər. Biz insanlarımızı tolerant, liberal olmağa öyrətməliyik. Bayaq Ruslan bəy dedi ki, Azərbaycanı dağına, dərəsinə görə sevmirik. Bəli, Azərbaycanı biz insanlarına görə sevirik. Insanlarımızın biri ağıllı, biri dəli, biri elmli, biri elmsiz, biri fədakar, biri qəhrəman ola bilər. Bizim gücümüz, bizim vəzifəmiz, bizim borcumuz ondadır ki, insanları doğru-dürüst tanıyıb yerləşdirə bilək”.

Konfrans qonaqların çıxışları ilə davam edib. Daha sonra Ümidçi gənclərin elan etdiyi “Ümidlərini Ümidə Bağlayanlar” yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı. Birinci yer “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu 500 manat, ikinci yer “Bizim yol” qəzetindən Vüsal Hacıoğlu 300 manat və üçüncü yerin sahibi Ədalət qəzetinin əməkdaşı Ədil Ədilzadə 200 manat pul mükafatı və diplomlarla təltif edildilər.

Konfransın sonunda Ümid Partiyasının Gənclər Təşkilatı yeni sədrini seçdi. Ayaz Həsənli Ümidçi gənclərin yeni sədri olub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ümid Partiyasında istefalar dayanmadan davam edir

    Ümid Partiyasında istefalar dayanmadan davam edir ...

    10-10-2013, 16:35

  • 
  • Müsavat Gənclər Təşkilatının sabiq sədri həbs olundu

    Müsavat Gənclər Təşkilatının sabiq sədri həbs ...

    10-12-2014, 12:22

  • 
  • Müsavat partiyası Naxçıvanda konfrans keçirib

    Müsavat partiyası Naxçıvanda konfrans keçirib ...

    25-02-2013, 10:24

  • 
  • Müsavat Partiyası Gənclər Təşkilatına keçirilən seçkilərin nəticələri ləğv olunub

    Müsavat Partiyası Gənclər Təşkilatına keçirilən ...

    2-09-2013, 18:50

  • 
  • “Əsgər ölümlərinə son” aksiyasında kütləvi həbslər

    “Əsgər ölümlərinə son” aksiyasında kütləvi həbslər ...

    11-03-2013, 09:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu