Xəsrtəxanaya çatdırılan yaralının vəziyyəti orta ağırdır Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Zaqatala şəhəri ərazisində qeyd alınıb.
Məlumata görə, Qazax rayon sakini İlqar Mamedov idarə etdiyi “Mersedes” markalı,avtomobillə Zaqatala şəhəri ərazisində hərəkətdə olarkən ilk öncə qarşısında hərəkətdə olan “Niva” markalı avtomobillə toqquşub. Mamedov daha sonra idarəetməni itirərək yolun kənarı ilə hərəkət edən piyada, Zaqatala şəhər sakini, 21 yaşlı Şamil Mehdiyevi vurub.
Hadisə yerində olan şahidlərin verdiyi məlumata görə, İlqar Mamedov hadisəni törətdikdən sonra hadisə yerindən qaçmaq istəyib. Lakin ətrafdakı sakinlərin yolu kəsməsi səbəbindən İlqar Mamedov idarə etdiyi avtomobili məcburi saxlayıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Şamil Mehdiyev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
KİV əməkdaşları Zaqatala MRX-da çəkiliş aparan zaman rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin rəisi Rövşən Hüseynov operatorların peşə borclarını yerinə yetirməsinə maneəçilik törədib. Operatorlar qəzada xəsarət alan Şamil Mehdiyevi çəkmək istəyən zaman qapıda dayanan polis əməkdaşı ilk öncə çəkilişə rəis icazə verməsə də daha sonra rəisi ilə telefon əlaqəsi saxlayaraq çəkilişə icazə verib.
Zaqatala MRX-dan verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan Şamil Mediyevə lazimi tibbi yardım göstərildikdən sonra xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda Şamil Mehdiyevin vəziyyəti orta-ağır hesab edilir.
Sorğu
Yeni dizaynımız necədir?