Sevgi, qısqanclıq ili insanlara nələr gətirə bilər... Şərq ulduz falına əsasən, 2014-cü il göy atların ili olacaq. Öncə at illərini yada salaq: 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002. Astroloqların sözlərinə görə, növbəti 365 gün dinamik il olacaq. 2014 sevgi, qısqanclıq ilidir. Xüsusilə sonsuzadək sürəcək emosional sevgi. Kimisə maliyyə problemləri gözləyir, kimsə iş yerini daha yaxşısı ilə əvəz edəcək. Yeri gəlmişkən, il ərzində əsassız xərclərdən çəkinməklə maliyyə problemlərindən qaçmaq olar. At ili insanlara qeyri-sabitlik gətirəcək
Səyahət etməyi sevənlərin də 2014-cü ildə öz turizm arzularını reallaşdırmaqa şansı olacaq.
At ilində doğulanlar, həmçinin yaradıcı, qeyri-adi şəxsiyyətlər üçün bu il xüsusilə rahat keçəcək. Ancaq bu insanlar öyünməməlidirlər. Çünki “At” tezliklə onlara istiqamətlənib yeni xəbərlərlə gələcək. Atlar hiyləgərliyi, qeyri-səmimiliyi, haqsızlığı sevmirlər.
2014-cü ildə ən yaxşı talisman göy, taxta at və nal ola bilər. Bir şərtlə ki, insanlar həqiqətən onların gücünə inansınlar. At ilinin baş ünsürü sudur. Astroloqlar 2014-cü ilin insanlara qeyri-stabillik gətirəcəyini proqnozlaşdırırlar. Buna görə də onlar insanları plan əsasında hərəkət etməyə, ehtiyatlı olmağa çağırıblar.
Qadın at öz ərinə bədbəxtlik gətirir və dalaşqan xasiyyətli olur. Əsas qorxulu qadın at odlu at ilində, yəni 1966-cı ildə dünyaya gələn qadınlardır. Deyilənə görə, bu cür qadınlarla ailə həyatı qurmaq erkən ölüm deməkdir. Bununla paralel, atlar populyar, şən, ünsiyyətçil və cazibədardır. O, maddi məsələlərdə ağıllı davranır, qənaətcil və gözəl evdar qadındır. Onun ağlı insanları öz fikirlərini deməmişdən çox-çox qabaq valeh edir. At müdrikdir, istedadlıdır, hər şeyi özü şəxsən etməyi xoşlayır.
At sevgiyə görə hər şeyi kənara atıb, ətrafdakılara fikir verməyə də bilər. Buna görə də çox vaxt sevgi məsələlərində uğursuzluqla üzləşir. At dözümsüzdür, gündəlik işlər onun üçün maraqsızdır. Bununla yanaşı, öz istəklərinə kor-koranə olan “Atı” tez aldatmaq olur.
At ilində doğulanlar çox əsəbidir, özlərindən tez çıxırlar. Bu səbəbdən də onlar ətrafdakılarda özlərinə qarşı inamı itirirlər. Atın ömrünün 1 və 2-ci fazaları çoxlu sayda problem və qayğılarla dolu keçsə də, 3-cü fazası sakitliklə müşayiət olunur. 2014-cü il At ili iki element tərəfindən simvolizə edilir. Od və üzərində ağac elementi. 2014-cü ildə bu elementlərin çox da sülhsevər olmadığı görünür. Yəni ağac inad və prinsiplərinə çox bağlıdır, onları güzəştə getmir, at isə partlamaları və silahlı basqınları ilə çox qüvvətli bir od enerjisidir. Bu elementlərlə sakit, rahat bir 2014-cü il gözləmək olmaz.
Səbuhi Rəhimli - At ili kimin ili olacaq?
Artıq astroloq Səbuhi Rəhimli də At ilində insanları gözləyən hadisələr barədə yazıb. Onun bildirdiyinə görə, 2014-cü il siçovul ilində dünyaya gəlmiş insanlar üçün kifayət qədər mürəkkəb keçəcək: “Atla siçovul düşməndir. Çünki at harda siçovulu görürsə, əvvəl ürkür, sonra isə onu tapdalamaq üçün nallı ayaqlarından istifadə edir. Bu səbəbdən də məqam gözləmək il ərzində üzərinizə düşən başlıca vəzifə olacaq. Avqust istisna olunmaqla, ilin qalan günlərində tədbirli olsanız, 2014-cü ildən tamamilə razı qalacaqsınız”.
Astroloq yazıb ki, öküz atla nisbətən mülayim ünsiyyətdədir. Ən azı ona görə ki, onların hər ikisi ev heyvanlarıdır. Bir də onların qarşı-qarşıya gəlməsi nadir hallarda baş verir. Deməli, əmin olmalısınız ki, bu il heç bir təhlükə ilə qarşılaşmayacaqsınız. Şərq təqviminə görə, il ərzində sizi maraqlı görüşlər, perspektivli sövdələşmələr, yeni iş və vəzifələr, o cümlədən romantik səyahətlər gözləyir. İlin ikinci yarısını isə daha gözəl keçirəcəksiniz. Bəxtinizdə toy-nişan da var. Pul məsələlərinə gəlincə, nə qədər təmkinli, səliqəli və məsuliyyətli olsanız, büdcəniz də bir o qədər inkişaf edəcək.
Pələng ilindəki yaradıcı insanlar üçünsə il boyu yüksək ovqat gözlənilir: “Bu amil daha çox yazıçı və şairlərə, incəsənət xadimlərinə, okkultik elmlərlə məşğul olanlara və jurnalistlərə aiddir. Fevralın sonundan may ayına qədər böyük şöhrətə doğru ilkin addımlar atacağınız da labüddür. Amma doğmalarınızla, həmçinin qohum-əqrəbalarınızla münasibətləri hədəqəsindən çıxarmayın. Əks təqdirdə, şöhrət və izzət səltənətində tək qalıb xiffət çəkəcəksiniz. İlin ikinci yarısından etibarən yeni iş planlarınızı ləyaqətlə reallaşdıra biləcəksiniz. Müştərək biznes fəaliyyətinə başlamaq, büdcəni ideal səviyyəyə çatdırmaq üçün kifayət qədər şans qazanacaqsınız. Pişiklər il ərzində səhhətlərini qorusa, digər məsələlərdə ciddi narahatçılıqları olmayacaq. 2014-cü ildə dinə-imana gələcək, Tanrının kamilliyindən bəhrələnəcəklər”.
Digər illərlə bağlı S.Rəhimlinin dedikləri bunlardır:
Əjdahanın xarakterində olan çılğınlıq yetişməkdə olan ata o qədər də xoş gəlməyəcək. Əgər təmkin göstərə bilsələr, uğursuzluqları arta bilər. Yalnız səbir nümayiş etdirməklə xoşagələn nəyəsə nail ola bilərsiniz. Yanvar-fevral aylarını gərgin tərzdə başa vursanız da, sonrakı üç ayda necə deyərlər, “yaralarınız sağalacaq”. Bir şeyi də unutmayın ki, yay aylarında sizi dost xəyanəti gözləyir. Bu səbəbdən də insanları yaxından tanımağa müvəffəq olmalı, iştirakçısı olduğunuz prosesləri diqqətlə izləməlisiniz. Sentyabrın ikinci yarısından etibarən ümumi ovqatınız sakit tərzdə cərəyan edəcək.
İlan - qarşıdan gələn atın qədəmləri ən qlobal problemlərinizin həlli üçün ideal olacaq. Bu vaxta qədər daxili hisslərinizlə tək qaldığınız təqdirdə, 2014-cü ildə yeni dost və sirdaşlarınız sayəsində qəlbiniz riqqətə gələcək. İtkilərə də hazır olun. Unutmayın ki, bir gün yaranan bir gün də öz dünyasına çəkiləcək. Astroloji göstəricilər may və oktyabr aylarında bir neçə sürprizlə rastlaşacağınızı bəyan edir. Qaynar avqust isə sizin üçün ən sıxıntılı ərəfə olacaq. Həmin dövrdə köhnə problemləriniz baş qaldıra bilər. Yaxınlarınızla məsləhətləşmə vasitəsilə bu problemləri həll edin.
At - nəhayət, 12 illik fasilədən sonra sizin dövranınız da yetişməkdədir. Yəqin ki, ötən ilin dekabrından buna hazırlaşmısınız. Hiss olunur ki, ovqatınız yüksək səviyyədədir. Hələ bunlar harasıdır. Elə ki at ili başlandı (31 yanvar), iştirakçısı olduğunuz proseslər o qədər zəngin keçəcək ki, özünüzü xoşbəxt sanacaqsınız. Sevgi macəraları, ətrafdakıların rəğbəti, karyerada yüksəliş, yeni dostlar sizi fərəhləndirəcək. Yay aylarında siz əsas vaxtınızı istirahətə yönəltməlisiniz. Aprel və sentyabr aylarında rastlaşdığınız maliyyə problemləri yalnız ötəri xarakter daşıyacaq. Çünki ilin qalan aylarında büdcəniz əla vəziyyətdə olacaq. Özünüzü düşmənlərdən qoruyun.
Keçi - ulduzların düzümü 2013-cü ilin sizin üçün çox gərgin keçdiyini bildirir. Amma 2014-cü ilin fevralından başlayaraq əksər sahələrdə vəziyyətiniz dirçələcək. Atın taleyinizdə oynadığı ən önəmli rol isə sizə məşhurluq və var-dövlət gətirməsi olacaq. Sağlıq durumunuz isə may ayından etibarən qaydasına düşəcək. Bir qədər qohum-əqrəbanızla aranızda soyuqluq yaranacaq. Təəssüf ki, Göy qübbəsi ilin sonuna qədər münasibətlərin bu formadan çıxmayacağını bəyan edir. Ailə qurmaq üçün isə yalnız payızı gözləməlisiniz. Meymun - 2014-cü ildə üzərinizə düşən başlıca vəzifə hamıya qarşı diqqətli olmaqdan ibarətdir. Nəzərə alın ki, xırda bir yalnışlıq bütün planlarınızı alt-üst edə bilər. Bu yola isə getməməlisiniz. Ən azı ona görə ki, qarşıda sizi böyük karyera gözləyir. Bu vaxta qədər sizə laqeyd olanlar Novruzdan başlayaraq əqidənizi qəbul edəcəklər. Bu səbəbdən də dostlarınız kifayət qədər artacaq, üstəlik, onların vasitəsilə bir çox maneələri dəf edəcəksiniz. Sevgi tellərinizin möhkəmlənməsinə xidmət edən at xəyanətdən uzaq olmağı məsləhət görür. Büdcə və səhhətlə bağlı vəziyyətiniz isə enişli-yoxuşlu olacaq.
Xoruz - xarakterinizdə olan lovğalıq və özündənrazılıq kimi mənfi keyfiyyətlərə son qoysanız, at sizi əzizləyəcək. Özü də hiss olunur ki, 2014-cü ildən çox şey gözləyirsiniz. Deməli, “ayağınızı yorğana görə uzatmalı”, “gəmidə oturub gəmiçi ilə dava salmamalısınız”. Əgər belə etsəniz, aprel-avqust və noyabr-dekabr aralığında tale üzünüzə güləcək. Vəzifə almasanız belə, vəzifəlilər sizə qibtə edəcək. Bu il ən uğurlu gedişiniz ailə-sevgi və mənzillə bağlı olacaq. Bəri başdan “Mənziliniz mübarək!” deyirik. Amma ulduzlar əcnəbi vətəndaşlarla işbirliyi yaratmağınızın əleyhinədir.
İt - əzablı günlərinizin bir daha təkrar olunmamasını istəyirsinizsə, qarşıdan gələn at ilinə ümid bəsləyin. Bu yəhərli məxluq sizi ağ günlərə çıxara bilər. Yalnız martda və noyabrda bəzi şəxsi problemlərlə rastlaşacaqsınız ki, bu da öz səhviniz ucbatından baş verəcək. Karyera və biznesdə isə bəxtiniz gətirəcək. Amma nədənsə ulduzlar sevgi amilini ikinci plana keçirəcəyinizi göstərməkdədir. Çalışın ki, bu məsələdə daha aktiv olasınız. Düzdür, ilboyu dostlarınız artacaq, lakin bu, sevgini üstələməməlidir. Yay aylarında isə ambulator müayinədən keçməyiniz lazım gələcək.
Qaban - böyük ümidlərlə yaşamaqdasınız. Çünki ötən il demək olar ki, başlıca problemlərinizin əksəriyyəti yarımçıq qalıb. Elə düşünməyin ki, zəiflik göstərmisiniz, xeyir! Sadəcə olaraq, perspektivlərinizi reallaşdırmaq üçün vaxt yetişməyib. Amma atın “hakimiyyətə” gəlməsi bağlı qalan bütün qapıları üzünüzə açacaq. Düzdür, karyerada zirvələri fəth etməyəcəksiniz, lakin maliyyə və iş barədə uğurlarınız kifayət qədər olacaq. Ən başlıcası isə insanlara qarşı münasibətləriniz dəyişəcək, təmkinli və müdrik bir şəxsə çevriləcəksiniz. Dostluq və sevgi barədə isə heç bir narahatçılığınız olmayacaq. Şəxsi büdcənizdə və səhhətinizdə cərəyan edən proseslərdən də məmnun qalacaqsınız. At ilinin məşhurları: Səməd Vurğundan Mandelaya At ilində dünyaya gələn məşhurların kimliyini də yada salmaqla mənzərəni tam aydınlaşdıra bilərik.
1906-cı il Səməd Vurğun - şair Süleyman Rüstəm - şair Məhəmmədhüseyn Şəhriyar - şair Sara Aşurbəyli - tarixçi, şərqşünas Leonid Brejnev - siyasətçi, 1964-1982-ci illərdə SSRİ-nin dövlət başçısı Dmitri Şostakoviç - bəstəkar 1918-ci il Qara Qarayev - bəstəkar Bayram Bayramov - yazıçı İmran Qasımov - yazıçı Nikolae Çauşesku - siyasətçi, Rumıniyanın sabiq prezidenti Nelson Mandela - siyasətçi, Cənubi Afrika Respublikasının sabiq prezidenti 1930-cu il Fikrət Sadiq - şair Fərəməz Maqsudov - riyaziyyatçı Rəşid Göyüşov - arxeoloq Viktor Tixinov - hokkeyçi İqor Netto - futbolçu Anatoli Lukyanov - siyasətçi, dövlət xadimi Corc Soros - maliyyəçi, filantrop Seyfəddin Qəndilov - tarixçi Toğrul Nərimanbəyov - rəssam Xoşbəxt Yusifzadə - mühəndis-geoloq Yaqub Məmmədov - xanəndə Əbdürrəhman Vəzirov - siyasətçi, 1988-1990-cu illərdə Azərbaycanın rəhbəri Əlibaba Məmmədov - xanəndə 1942-ci il Məhəmməd Əli - boksçu Kim Çen İr - siyasətçi, Şimali Koreyanın sabiq dövlət başçısı Müəmmər Qəzzafi - siyasətçi, Liviyanın sabiq dövlət başçısı Co Bayden - siyasətçi, ABŞ-ın vitse-prezidenti Si Szinpin - siyasətçi, Çin dövlətinin başçısı 1954-cü il Baba Vəziroğlu - şair Hikmət Hacızadə - siyasətçi, politoloq Qulu Məhərrəmli - jurnalist Sərdar Cəlaloğlu - siyasətçi Siyavuş Kərimi - bəstəkar Telli Pənahqızı - jurnalist İsmayıl Ömərov - jurnalist İsmət Abasov - dövlət xadimi Əli Nağıyev - siyasətçi Əlisəmid Kür - şair Mübariz Qurbanlı - siyasətçi Viktor Yusşenko - siyasətçi, Ukraynanın sabiq prezidenti Rəcəb Teyyub Ərdoğan - siyasətçi, Türkiyənin baş naziri Angela Merkel - siyasətçi, Almaniya kansleri Uqo Çaves - siyasətçi,Venesuelanın sabiq prezidenti Fransua Oland - siyasətçi, Fransa prezidenti Aleksandr Lukaşenko - siyasətçi, Belarus prezidenti Enn Dörsi - diplomat, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Sezən Aksu - müğənni 1966-cı il Orxan Fikrətoğlu - yazıçı, jurnalist Mayk Tayson - boksçu Cimmi Uyels - “Vikipediya”nın yaradıcısı Devid Kemeron - siyasətçi, Britaniyanın baş naziri Roman Abramoviç - iş adamı 1978-ci il Murad Dadaşov - şoumen Canluici Buffon - futbolçu Miroslav Kloze - futbolçu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?