GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bəxtiyar Sadıqov “Azərbaycan”ın Hacıbala Abutalıbovu “vurmasından” danışdı

Bəxtiyar Sadıqov “Azərbaycan”ın Hacıbala Abutalıbovu “vurmasından” danışdı

Tarix: 24-12-2013, 08:47 Bölmə :Ölkə Baxış: 453
 Bəxtiyar Sadıqov “Azərbaycan”ın Hacıbala Abutalıbovu “vurmasından” danışdı
“O yazıda məmur adı çəkilmir, bizim yazımızı təhrif edirlər”
Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin 22 dekabr sayında şəhər təsərrüfatına dair tənqidi məqalə dərc edilib.
“Tıxac probleminin həlli niyə ”tıxac"a düşüb" başlıqlı məqalədə paytaxtın kommunal təsərrüfatına görə birbaşa məsuliyyət daşıyan Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) nişan verilib: “Bakıda nəqliyyatın hərəkətini iflic edən səbəblərdən biri küçələrin tez-tez təmirə bağlanmasıdır.

Biz hələ bəzən təmir işlərinin lüzumsuz aparılmasını və onun da günlərlə yox, aylarla uzanmasını demirik... İnanmırıq ki, Bakının yol təsərrüfatı qurumları təmir üçün hər hansı küçəni bağlayanda yol polisi ilə məsləhətləşsin. Deyə bilmərik, bu, hansının zəifliyi, yaxud məsuliyyətsizliyidir. Bütün hallarda həmin qurumlar əlbir işləməlidir... Yollar təkcə təmir üçün bağlanmır. Su, kanalizasiya, qaz xətlərinin çəkilişi ilə bağlı hətta təmirdən təzə çıxmış yolların qazılıb dağıdılmasının azmı şahidiyik? Görəsən, şəhərin kommunal təsərrüfatlarının yol istismar təşkilatları ilə əlbir işləməyinə nə və ya kim mane olur?! Axı ”əvvəl təmir, sonra qazıntı üsulu"nun həm şəhərin yol infrastrukturuna, həm də dövlət büdcəsinə xeyli ziyan vurduğunu başa düşmək xüsusi istedad tələb etmir".

Qəzet daha sonra Dövlət Yol Polisinin (DYP) fəaliyyətini tənqid edərək tıxaclara səbəb olan başqa bir detala - avtobus dayanacaqlarının “işğalına” toxunur: “Ancaq belə əcaib vəziyyətin yaranmasında adamı təəccübləndirən başqa amildir. Bu da problemin həllində yol polisinin acizliyidir. DYP əməkdaşlarının tıxacların yaranmasında kifayət qədər yüksək ”xüsusi çəki"yə malik belə hallara qarşı biganəliyinin heç bir bəraətə sığmaması qənaətinə gəlməkdən savayı əlac qalmır. Axı avtobus dayanacaqlarında minik avtomobillərinin saxlanması təkcə sürücü mədəniyyətsizliyi deyil, həm də yol hərəkəti qaydalarının kobud surətdə pozulmasıdır. Necə olur ki, DYP-nin evaukatorla silahlanmış əməkdaşları bir-iki dəqiqəlik mağazaya və ya aptekə girənin, yaxud xəstəxanaya xəstə gətirənin avtomobillərini yolda hərəkətin intensivliyinə mane olmadığı halda belə bir göz qırpımında xəbərdarlıqsız-filansız götürüb naməlum istiqamətə apara bilirlər, amma taksilərin gecə-gündüz avtobus dayanacaqlarını işğal etmələrinə göz yumurlar?!"
Məqalədə daha sonra ictimai nəqliyyat sahəsindəki problemə toxunulur.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə “Yeni Müsavat”a açıqlamasında bu yazının bəzi müxalifyönlü saytlarda “dövlət qəzeti Abutalıbovu vurdu” şəklində yayılmasından narazıdır. Müsahibimiz öncə xatırlatdı ki, sözügedən məqalənin müəllifi özü deyil: “Digər tərəfdən bizim nə dövlət başçısı, nə Prezident Administrasiyası, nə də hansısa qurumlar qarşısında müqaviləmiz var ki, kimisə işdən çıxaranda bu barədə əvvəlcədən yazaq. Belə bir iş metodu, əlaqə yoxdur. Əgər dövlətin başçısı kimisə işdən çıxarmaq istəyirsə, bu, onun fövqəladə səlahiyyətidir. Bəlkə də sovet dövründə belə bir şey var idi, amma indi yoxdur”.

Müsahibimiz dedi ki, tıxac mövzusu hamını narahat edən hadisədir. Onun sözlərinə görə, həm dövlət başçısı, həm də Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi o tıxacları, habelə əsəbi vəziyyəti aradan qaldırmaq üçün çox işlər görürlər: “Bunların hamısı faktdır, intellektual idarəetmə sistemi qurulub. Bununla belə, yenə də tıxaclar var, harasa gedib-gələndə əsəb keçiririk. Bu tıxaclar azalmır ki, azalmır. Səbəblərdən biri də kreditlə maşın satışının artmasıdır. Əlində 5-10 manatı olan kimi insanlar gedib maşın alırlar. Əvvəl 40 adam bir avtobusda gedirdisə, indi 40 adamın yarısı xüsusi maşınlarla gedib-gəlir. Bu eyni zamanda həm firavanlığın, həm də görməmişliyin nəticəsidir. Konkret bir daha yazıya qayıdım ki, o, problem xarakterli yazıdır. Orada bir idarənin, dövlət məmurunun adı çəkilmir. Sadəcə, problemlər ardıcıllıqla sadalanır, diqqəti həmin problemə yönəldirik ki, bir daha kimlərsə nəsə etsinlər”.

“Biz heç kimi vurmamışıq, mövcud vəziyyətə diqqət çəkmişik” deyən müsahibimiz hətta problemin həlli ilə bağlı öz fikirlərini də açıqladı. Dedi ki, ondan olsa, kreditlə maşın satmağı dayandırardı: “Amma sahibkarın fəaliyyətini məhdudlaşdırmaq olmaz. Bu məqamda jurnalist həmkarlarından da inciyirəm. Çünki bizim araşdırma kimi hazırladığımız məqaləyə siyasi rəng verirlər. Müxalifət mətbuatı bundan nəsə tapır, yazır. Jurnalist vəzifəyə qoyan, vəzifədən çıxaran deyil. Bizdə də elə təcrübə yoxdur. Problem xarakterli yazıdır, jurnalist araşdırmasıdır. Bunu götürüb bu cür hallandıranda bizim yazımızı da təhrif edirlər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20

  • 
  • Müxalifət Hacıbala Abutalıbovu məhkəməyə verir

    Müxalifət Hacıbala Abutalıbovu məhkəməyə verir ...

    7-12-2012, 18:03

  • 
  • Paytaxtda böyük tıxac - (Fotolar)

    Paytaxtda böyük tıxac - (Fotolar) ...

    7-11-2014, 10:37

  • 
  • “Mən bilmirəm “nurçu”luq nədir”

    “Mən bilmirəm “nurçu”luq nədir” ...

    3-04-2014, 12:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu