"Hərə ağzına gələni danışır. Ümumiyyətlə, mən mənasız yazılara şərh vermirəm"
“Yeni Cümhuriyyət” qəzetində “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun haqqında ciddi ittihamların yer aldığı yazı dərc olunub. Məqalədə Bəxtiyar Sadıqovun “nurçu”larla sıx əlaqədə olduğu bildirilir: “Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dövlətin rəsmi mətbu orqanı olan ”Azərbaycan" qəzetini faktiki şəkildə “Hizmət”in ölkəmizdəki əsas “beyin mərkəzi” sayılan “Çağ” Öyrətim Işlətmələri şəbəkəsinin təbliğat dəzgahına çevirib"- deyə məqalədə qeyd edilir. Bəxtiyar Sadıqov “Azadlıq”a açıqlamasında haqqında yazılanların absurd olduğunu bildirdi: “”Azərbaycan" qəzeti heç vaxt “nurçu” qəzeti ola bilməz. Bunu yazan adama sual etmək lazımdır ki, “nurçu”luq nədir. Mən bilmirəm “nurçu”luq nədir. Hərə ağzına gələni danışır. Ümumiyyətlə, mən mənasız yazılara şərh vermirəm".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?