Türkiyədə keçirilən əməliyyat zamanı saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın fəaliyyəti ilə bağlı ilginc məqamlar ortaya çıxıb.
İstanbul Prokurorluğuna gələn məktubda iranlı Kameliya Cəmşidi adlı qadının R.Zərrab haqqında məlumatlara malik olduğu bildirilib.
Məktuba əsasən K.Cəmşidi Rza Zərrabın sirr dolu “qara qutusu” rolunu oynayıb. Prokurorluq daxil olan məktubu araşdırmağa başlayarkən məlum olub ki, adıçəkilən qadın bir gün əvvəl Türkiyəni tərk edərək xaricə gedib.
AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, prokurorluğun elektron poçt ünvanına daxil olan məktubdan sonra qadının hazırda harada olduğu araşdırılıb. Araşdırma zamanı məlum olub ki, qadın Atatürk Hava Limanından ölkəni tərk edərək Dubaya uçub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?