Türkiyədə istefa verən nazirlər sorğu-sual ediləcək. Azərbaycanlı iş adamı Rza Zərrab isə ifadə verəcək.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il dekabrın 17-də Türkiyədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarından sonra istefa verən 4 nazir-daxili işlər naziri Müəmmər Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar Türkiyə Böyük Millət Məclisində (TBMM) qurulan İstintaq Komissiyası tərəfindən dindiriləcək. Nazirlər baş verən əməliyyatlarla bağlı ifadə verəcəklər.
Nazirlərə rüşvət verdiyi iddia edilən azərbaycanlı iş adamı Rza Zərrab da komissiyaya şahid olaraq ifadə verəcək.
Komissiya bu həftə işə başlayacaq və proses iki ay davam edəcək.
Komissiyaya şahid olaraq digər iş adamları da dəvət ediləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?