Dünən Binə Ticarət Mərkəzində baş verən güclü yanğınla bağlı sahibkarlar iddia ilə çıxış ediblər.
Mərkəzdə çalışan sahibkardan biri bildirib ki, yanğın qəsdən törədilib.
Əmlaklarına külli miqdarda ziyan dəyən sahibkarlar buna səbəb kimi ticarət mərkəzinin üç fərqli hissəsində elektrik xətlərindəki qısaqapanmanın eyni anda baş verməsini göstərirlər. Sahibkarlar iddia edir ki, elektrik naqillərindəki qısqapanmalar 4-cü, 5-ci və 6-cı korpusda – bir-birinə yaxın ərazidə baş verib.
Bu isə yanğının daha şiddətli olması üçün qəsdən törədildyi versiyasını gündəmə gətirir. İddialara görə, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasının hələ tüstülənmə başlayarkən gəlib çıxmasına baxmayaraq, yanğının qarşısını dərhal ala bilməməsinin səbəbi də eyni vaxtda üç istiqamətdə başlayan və birdən-birə alışan ocaqlarla bağlıdır.
Onu da bildirək ki, Binə Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarların sığortası yoxdur və dəymiş ziyanın ödənilməyəcəyi sahibkarları çıxılmaz vəziyyətə salıb.(axar.az)
Sorğu
Yeni dizaynımız necədir?