Bakı şəhərində it saxlayanları qorxuya salacaq hadisə baş verib. Evdə bəslənən it yaşlı qadını parçalayıb. 87 yaşlı Suğra Eldarovanı evində qızının saxladığı it ölümcül hala salıb.
S. Eldarovanın kinoloq işləyən qızı evdə qonşunun “pitbul” cinsindən olan itini bəsləyirmiş. Evə qayıdan zaman isə anasını qan içərisində huşsuz vəziyyətdə görüb. Qadın ölümcül vəziyyətdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
İnstitutun direktoru Vaqif Verdiyev bildirib ki, S. Eldarovanın durumu ağırdır. İt onun hər iki qolunu parçalayıb, sümüklərini qırıb, bütün bədənini isə didib. Baş həkimin sözlərinə görə, S. Eldarovanın qolları amputasiya olunacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?