Bakının Nərimanov rayonunda bıçaqlanma baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “Baksol yolu” adlanan ərazidə Bərdə rayon sakini 1981-ci il təvəllüdlü Vurğun Məmmədov tanışı, Ağdam sakini 29 yaşlı Zamiq Mustafayevə bıçaqla ağır xəsarət yetirib. Döş qəfəsinin sol hissəsindən xəsarət almış Z.Mustafayev xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə iş başlanılıb. V.Məmmədov saxlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?