Ər-arvad xəyanəti əlbəttə, çox pis hərəkət hesab olunur, lakin xəyanət edən arvadının videosunu kameraya çəkib şəbəkəyə yerləşdirmək də heç bir məntiqə sığmır. Britaniyalı ər arvadından ona etdiyi xəyanətə görə məhz bu cür qisas alıb. O, arvadının yalvarışlarını və göz yaşları içində üzrxahlıq diləməsini kamera lentinə köçürərək, Youtube video şəbəkəsinə qoyub. Məlumatı Mirror yayıb.
Videoda ağlayan və yalvaran qadının görüntüləri əks olunur. Arvadını xəyanət edərkən yaxalayan ər qışqırır: “Bu kadrlar Youtube-da olacaq!” Qadın isə hönkürərək, videonu şəbəkəyə qoymaması üçün ərini yola gətirməyə çalışır.
“Sən nəinki mənə xəyanət edirsən, hətta heç arvad vəzifələrini də yaxşı yerinə yetirmirsən. Yatağı pis yığışdırırsan, soyuducuda da heç vaxt yemək olmur! Bilirdim ki, nəyisə gizlədirsən!” - ər çığırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?