Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, “Ülfət” qəzetinin baş redaktoru Aqil Dadaşovun həyat yoldaşını qətlə yetirən qatil danışıb. o, peşman olduğunu etiraf edib: "Çox peşmanam. Mənim də anam var. Qadın öldürmüşəm. Kişiyə yaraşan hərəkət etməmişəm". Söhbət Abşeron rayonu Hökməli qəsəbəsində baş verən ağır cinayətdən gedir. Ali məktəb müəlliməsi, 58 yaşlı Elmira Dadaşovanı evində 15 bıçaq zərbəsi vuraraq qətlə yetirən 31 yaşlı Əlaqif Abbasov polisin keçirdiyi xüsusi əməliyyatda saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?