Bakıda külli miqdarda pulu mənimsənilmiş şəxs polisə müraciət edib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Səbail rayon sakini, 1971-ci il təvəllüdlü Xəlilov Eldar Şahvələd oğlu şikayət ərizəsi yazaraq bildirib ki, tanışı, 1970-ci il təvəllüdlü Musayev Ramin Aydın oğlu onun 541 min 847 manat pulunu mənimsəyib. E.Xəlilov qeyd eidb ki, Bakının mərkəzində - Park bulvar, Neftçilər prospekti 131 və Nizami küçəsi 91C (Tarqovı) ünvanındakı mağazalarda kompüter avadanlıqlarının satışı ilə məşğul olur. Keçən ilin aprel-noyabr ayları ərzində biznes tərəfdaşı olan R.Musayev xaricdən mal gətirilməsi üçün ondan ümumilikdə 542 min manata yaxın pul alıb. Lakin R.Musayev pulları mənimsəyib və avadanlıqları təhvil verməyib.
Məlumata görə, iş adamı E.Xəlilov biznesini qurmaq və dirçəltmək üçün bankdan külli miqdarda kredit götürüb. Lakin sonrada pulları mənimsənildiyi üçün çıxılmaz vəziyyətdə qalıb və bankın təqdimatı ilə məhkəmə onun ölkədən çıxmasına qadağa qoyub. R.Musayevin də hazırda xaricdə olduğu bildirilir.
Qeyd edək ki, polisə şikayət edən E.Xəlilov tanınmış alim, AMEA-nın müxbir üzvü olmuş Şahvələd Xəlilovun oğludur.
Sorğu
Yeni dizaynımız necədir?