Keçmiş məhbus müstəqqil dövrünün baş pokurorlarını araşdırıb
gundemxeber.az Tanınmış yazar-junnalist, bir müddət qəzetimizdə geniş araşdırma, analitik səpkili yazılarla çıxış etmiş Teylor Fətişoğlunun tezliklə işıq üzü görəcək «Baş Prokuror» kitabında müstəqillik dönəmində Azərbaycanın Baş Prokuroru işləmiş şəxslərin taleləri, xarakterləri, iş prinsipləri bir neçə prizmadan təhlil olunur. Onu da qeyd edək ki, «Baş Prokuror»un tamamlanmış hissələrindən parçalar birmüddət əvvəl ölkə mətbuatında ilk dəfə «Gündəm-Xəbər» qəzetində dərc edilib. Artıq işıq üzü görmüş həmin parçalarda İlyas İsmayılov ehtiyatlı, ictimai şüurda aldadıcı bir fon yaratmağa çalışan, İsmət Qayıbov şəhidlik zirvəsinə ucalmış, Əli Ömərov şıg qeyri-ciddi təsadüfən yiyələndiyi ali kürsüyə ləkə gətirən, İxtiyar Şirin, siyasi oriyentasiyası bilinməyən, analoqu olmayan, Prezidentin həbsinə sanksiyanı imzalayaraq birdəfəlik ölü karta çevrilmiş şəxs, Eldar Həsənov isə məkrli, intiriqabaz, hakimiyyət hərisi, bu yolda hər bir pisliyg hazır, bütün siyasi zirvələrlə oynayan, cənab Zakir Qaralov isə sələflərindən fərqli olaraq hakimiyyətə sədaqətli, hakimiyət daxilində mövcud olan siyasi qruplaşmalardan kənarda qalan Baş Prokuror kimi xarakterizə olunurlar. Tezliklə geniş oxucu auditoriyasının ixtiyarına veriləcək «Baş Prokuror» kitabında qanlı Qarabağ savaşından «Azərbaycan» qəzetinin cəbhə yazarı kimi keçmiş dəyərli qələm yoldaşımız, bir çoz şübhəli qaranlıqlara işıq salaraq usta yazar qələmi ilə öz sözünü demişdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?