Siyasi mənsubiyyətindən aslı olmayaraq haqqı tapdalanmış insanların hüquqları qorunacaq
Tanınmış yazar-jurnalist,kecmiş məhbus, qəzetimizdə geniş araşdırma,analitik yazılarla çıxış edən, Teylor Fətişoğlu İbrahimov İnsan Haqqlarının qorunmasını əsas hədəf seçəcək “Qafqaz” insan haqqlari insitutu adlı qeyri-hökümət təşkilatı yaratdı.Təşkilatı yaratmaqda məqsəd QAFQAZ, eyni zamanda MDB Məkanında dinindən,millətindən aslı olmayaraq hər kəsin əzilən haqqlarının müdafiəsini ən yüksək AVROPA standartları səviyyəsində təşkil etməkdir. Yaxın günlərdə təqdimatı keçirələcək “Qafqaz” insan haqqlari insitutu ətrafına heç bir siyasi təşkilata bağlı olmayan müstəqil baxışlı hüquqşunasları, ziyalıları toplayaraq Qafqazda, eləcədə müraciət olunarsa dünyanın bütün güşələrində məmur özbaşınalıqlarına,hüquqi repressyalara,cinsi zorakılıqlara məruz qalmış siyasi mənsubiyyətindən, dinindən-irqindən aslı olmayaraq hər kəsin haqqını yüksək səviyyədə müdafiə edəcək.Gürcüstan,Ermənistan,Azərbaycan acıq Cəza Evlərində, eləcədə Təcridxanalarda, Polis Müvəqqəti Saxlama Məntəqələrində, Məhkəmə Orqannarında mütamadi, paralel monitorinqlər aparmağı hədəfləmiş bu Beynalxalq İnsan Haqqları Qeyri-Hökümət Təşkilatını yaratmaqda məqsəd əsasən Qafqazın bu üç Respublikasında İnsan Haqqlarının yüksək səviyyədə qorunmasına nail olmaqdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?